backend

Əhalini şoka salacaq qərar - Hazıp olmaq lazımdir

Əhalini şoka salacaq qərar - Hazıp olmaq lazımdir
Banklar hazırlığa başladı - Dollar ilin sonunadək 1.95 manat olacaq

Kreditlər manatla əvəzlənir

İkinci devalvasiyadan sonra dollar kreditləri ilə bağlı yaranan problem uzun zamandır ki, həll olunmur.Problemlərin həll olunması üçün iqtisadçıların demək olar ki, hər biri eyni təkliflə çıxış etdi.Belə ki, iqtisadçılar təklif edirdilər ki, devalvasiyadan sonra manat-dollar arasında yaranan fərq hökumət tərəfindən kompensasiya olunsun.Ancaq hökumət bu addımı atmadı.Hətta bir müddət öncə Milli Məclisdə dollar kreditlərinə kompensasiya ödənilməsi təklif olundu.Bu məsələ də heç bir nəticə vermədi.Hökumət dollar kreditlərinə heç bir güzəştə getmədi.Bütün bunlara görə də problemli kreditlərin həcmi günü-gündən artır.

Bu dəfə isə dollar kreditlərində yaranan problemlər üçün Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) təkliflə çıxış edib.Belə ki, məlumatlarda bildirilir ki, MBNP banklara dollar kreditlərini günün məzənnəsinə uyğun olaraq manat ekvivalentinə çevrilməsi üçün tapşırıq verib.İddia olunur ki, bəzi banklar artıq bu təklifdən istifadə etməyə başlayıb.Ancaq burada maraqlı məqam ondadır ki, bu cür məlumatların yayılmasından sonra dolların məzənnəsi artmağa başlayıb.Hər zaman olduğu kimi yenə də dolların bahalaşmasında banklar maraqlı tərəf kimi çıxış edirlər.Belə ki, əgər MBNP-nın təklifi realdırsa, o, zaman banklar çalışacaqlar ki, dolların məzənnəsini maksimum dərəcədə artırsınlar.Çünki günün məzənnəsinə uyğun olaraq dollar kreditlərinin manata çevrilməsi yalnız məzənnənin yüksək olduğu halda banklara sərf edir.Banklar da bu siyasəti ancaq bu yolla aparırlar.

Prosesdə boşluqlar var...

Hər kəs bilir ki, manatın hazırki məzənnəsi real dəyərində deyil.Mərkəzi Bankın uzun müddətdir ki, üzən məzənnə siyasətinə keçməsinə baxmayaraq manat hələ də real dəyərinə çatmayıb.Bunun əsas səbəbi isə Mərkəzi Bankın məzənnəni inzibati yolla tənzimləməsidir.Artıq iki gündür ki, dollar sürətlə bahalaşmağa başlayıb.Bu da dollar kreditlərində olan problemləri daha da artıracaq.Əslində əgər deyilən kimi MBNP həqiqətən də dollar kreditlərini manata çevrilməsi təklifilə çıxış edibsə, bunun üçün orta məzənnə həddi də müəyyənləşdirməlidir.Əgər orta məzənnə müəyyənləşməsə, banklar bu addımı atmayacaqlar və yaxud da bunu öz maraqları çərçivəsində edəcəklər.Yəni, dolların məzənnəsi maksimum həddinə qədər yüksəldiyi zaman müştərilər qarşısında bu təkliflə çıxış edəcəklər.Bu da əslində problemin həlli deyil, yeni bir problemin yaranmasına xidmət edəcək.

Banklar dollar ajiotajı yaradır

Digər tərəfdən də banklar artıq dollar satışını demək olar ki, məhdudlaşdırıb.Bəzi banklar 100 dollar üçün şəxsiyyət vəsiqəsi tələb edir, bəziləri isə artıq günün ikinci yarısından sonra ümumiyyətlə, dollar satışını tam dayandırırlar.Bu da bir müddət öncə əhali arasında yaranan dollar ajiotajının yenidən yaranmasına səbəb olur.Maliyyə bazarında baş verən bu cür prosesləri nəzərə alsaq, dollar kreditlərinin manat ekvivalentinə çevrilməsi prosesi vəziyyəti daha da çətinləşdirəcək.Çünki əgər verilən təklif yayılan məlumatlarda olduğu kimidirsə, burada boşluqların olduğu görünür.Yuxarıda da qeyd etdiyimiz kimi, dollar kreditlərinin manata çevrilməsi üçün ən vacib şərt orta məzənnənin razılaşdırılmasıdır ki, bütün kreditlər eyni məzənnə ilə dəyişdirilsin.Əks halda vətəndaş-bank problemləri daha da artacaq.Banklar çalışacaq ki, dollar kreditlərini yüksək məzənnə ilə manata çevirsin.Bu da maliyyə bazarında yenidən dolların süni şəkildə bahalaşdırılmasına səbəb olacaq.Hal-hazırda da dolların bahalaşması prosesi davam edir.İqtisadçılar da hesab edirlər ki, dolların bahalaşması prosesi tendensiya halını alacaq və ilin sonuna qədər 1.90-195 civarına qədər yüksələcək.(cebhe.info)