backend

YAP-25 il: Dövlətçilik uğrunda

YAP-25 il: Dövlətçilik uğrunda

Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyev tərəfindən
xalqı bəlalardan xilas etmək məqsədilə yaradıldı
Məlum olduğu kimi, noyabrın 21-Yeni Azərbaycan partiyasının
təsis olunması günüdür. Düz 25 il öncə Azərbaycanda
yaranmış ağır durum yeni bir siyasi təşkilatın YAP-ın yaranma
zərurətini meydana gətirdi. Ulu öndər Heydər Əliyevin
yaratdığı partiya ötən zamanda ölkəni bəlalardan qurtardı və
inkişaf yoluna doğru istiqamətləndirdi.
YAP-ın yaranması hansı zərurətdən doğdu?
Azərbaycan 1992-ci ildə ağır duruma düşmüşdü. Ölkə siyasi
və iqtisadi böhran keçirirdi. Məhz belə bir vaxtda 91 nəfər
Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə
müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in
müraciəti kimi daxil olmuş həmin sənəd, əslində, bütün xalqın
arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli
ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin
imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq
siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.
Xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük
təcrübəyə malik Ümummilli Lider Heydər Əliyev o dövrdə
blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali
Məclisinə Sədrlik edirdi.
Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya
gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması
ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi-
550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək
partiyanın təsis konfransını orada keçirməyə nail oldular.
Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin
təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər
Əliyevin Sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan
Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram
və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev
yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi
Şurası, İdarə Heyəti və Sədrin müavinləri seçildi. Beləliklə,
müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi
missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə
çevrilən Yeni Azərbaycan Partiyası yarandı.
YAP Azərbaycan Respublikasının Konstitusiyası və
qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı
əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda
hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş
cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları
birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır.
Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas
vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi,
demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların
dinc və firəvan həyatının təmin edilməsidir. Partiya
məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik,
qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş
həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran
vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq
mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını
şərtləndirmiş olur.
Yeni Azərbaycan Partiyası 1992-ci il dekabr ayının 18-də
ədliyyə nazirliyində qeydiyyata alınmış və Azərbaycanın bütün
rayonlarında qısa müddətdə rayon təşkilatları və özəkləri
yaradılmışdır. YAP-ın təsis konfransında qəbul etdiyi Proqram
və Nizamnaməsi 1999-cu il dekabr ayının 20-21-də keçirilən I
Qurultayında geniş şəkildə müzakirə olunaraq müəyyən əlavə
və dəyişikliklər edilməklə təsdiq olunmuşdur. YAP-ın Proqram
və Nizamnaməsinə uyğun olaraq təşkilatın strateji xətti təsbit
edilmiş, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və
möhkəmləndirilməsi, onun müasir beynəlxalq sistemdə layiqli
yer tutması, ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində
əsas məqsəd və vəzifələr müəyyənləşdirilmişdir.
1993-cü ilin oktyabr ayının 3-də YAP-ın Sədri Heydər Əliyevin
prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası
qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq
dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu mövqe
möhkəmlənmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai
həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə
yüksək fəallıq nümayiş etdirmişdir. 1995-ci ilin noyabr ayının
12-də keçirilən parlament seçkilərində Milli Məclisə seçilən
deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri
olduğundan YAP iqtidar partiyasına çevrilmiş, ona olan
ümumxalq inamı bir daha təsdiq edilmişdir.

Validə Həsənova, Cəbrayıl rayon Təhsil Şöbəsinin müdiri