Bakıda polis əməliyyat keçirdi

hadise 24-10-2016, 16:42
Bakıda polis əməliyyat keçirdi












Bakıda nurçulara qarşı əməliyyat keçirilib

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Qaradağ rayon Polis İdarəsi əməkdaşlarının rayonun Sahil qəsəbəsində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə sakini, 1983-cü il təvəllüdlü Rizvan Rəşid oğlu Həmidovun yaşadığı evə baxış keçirilib. Baxış zamanı oradan təbliği və yayımı qanunla qadağan olunmuş 159 ədəd kitab və 9 ədəd jurnal aşkarlanıb.

Rayonun Lökbatan qəsəbəsində həyata keçirilən tədbirlər zamanı isə qəsəbə sakinləri – 1975-ci il təvəllüdlü İlkin İbrahimovun yaşadığı evdən 14 ədəd, 1977-ci il təvəllüdlü Samir İbrahimovdan 17 ədəd, 1960-cı il təvəllüdlü Tərixanım İbrahimovadan 10 ədəd və 1975-ci il təvəllüdlü Qəndab Hüseynovadan 15 ədəd təbliği və yayımı qadağan olunmuş dini ədəbiyyat götürülüb.

Məlumata görə, evində axtarış aparılan şəxslərin nurçuluğu təbliğ edirmiş.
Oxunub: 600
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10