backend

Vahid Əhmədov ÜSYAN edir, həmkarları isə... SUSUR. HİYƏ? - Müdhiş faktlar

Vahid Əhmədov ÜSYAN edir, həmkarları isə... SUSUR. HİYƏ? - Müdhiş faktlar

Azərbaycanda hər gün minlərlə insan kredit problemindən dad eləyir; Vətəndaşlar bankların soyğunçu və dələduz siyasətindən cana doyub...

Amma Milli Məclis sabiq deputat, mandat alverinə görə həbs olunmuş Gülər Əhmədovanın təəssübünü çəkir. Onun “Bank Standart”da 27 min dollar əmanəti qaytarılmır deyə parlamentdə məsələ qaldırılır.

Politika.Az-ın verdiyi xəbərə görə, əmanətini ala bilməyən minlərlə vətəndaşımız var. Onların dərdi parlamentin yadına düşmür.

Yalnız deputat Vahid Əhmədov bu məsələni dilə gətirib. Doğrudur, o həm də sabiq həmkarının problemini qaldırıb. Hörmətli deputatımız məsələyə ümumi kontekstdə yanaşıb. Ancaq parlamentin digər millətv vəkilləri bu problemlə bağlı susublar.

Hər gün siyasi mövzularda dil-dil ötən, ölkənin çiçəklənməsində danışan, Ermənistanın məhv olduğunu, Azərbaycanın inkişafda olduğunu bar-bar bağıran deputatlar nə üçün “ağzına su alıb” oturub? Məgər mandat onlara susmaq üçün verilib?

Onları xalqın kredit problem narahat etmir? Seçicilərinin arasında problemli krediti olan insanlar yoxdurmu? Amma əfsus ki, MM-nin üzvləri mandata biznes toxunulmazlığı kimi baxır, vətəndaşları vecinə də almırlar. Təkcə V.Əhmədovun çıxışı ilə problem həll olunmur.

Ölkədə manatın devalvasiyası, ərzaq məhsullarının bahalaşması və insanların kredit borcları içində boğulması millət vəkilləri üçün üfüqdə görünən problemlərdir.

Xalqın seçdiyi deputatlar xalqın problemləri barədə danışmaq istəmir. Amma günbəgün yaxşılaşan maliyyə vəziyyəti onları burjuy deputatlara çevirir.

Deputatların susması başadüşüləndir. Çünki onların başı biznesə qarışıb.

Deputat Rüfət Quliyev siqaret biznesi və sələmçiliklə məşğuldur, Hadı Rəcəbli “Palıdlı sahil” və digər obyektlərində pul qazanır. Muxtar Babayev “Azərkimya”nı talayır, Mirzəcan Xəlilov villasını tikdirib fəhlələrin pulunu qaytarmır.

Hacı Madər Musayev marketlərində qazandığı pulları sayır, Tahir Süleymanov un satışında xalqı soymağı düşünür. Əsabil Qasımovun başı “Karmen”də makaron alverinə qızışıb, Rəfael Cəbrayılov tikinti, Nəriman Əliyev şəxsi obyektlərinə görə vaxt tapa bilmir. Bu siyahını eninə-uzununa artırmaq olar.

Həmin deputatları maraqlandırmır ki, millət necə dolanır, insanlar ailəsinə axşam çörək apara bilirmi, kredit borcları necə ödəniləcək. Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanov isə utanmaz şəkildə V.Əhmədova irad tutur ki qaldırılan problem bank sirridir.

Təbii ki deputat da onun cavabını verib. Xalqın problem nə vaxtdan bank sirri olub? İstər həmin deputatlar, istər Palata sədri prezidenti və xalqı aldatmaqda məşğuldur.

Qaynarxett.az