backend

Ermənilər Talış kəndinə qaytarılır-Düşmən tədbir görür

Ermənilər Talış kəndinə qaytarılır-Düşmən tədbir görür













6 ay öncə erməni sakinlərin tamamilə tərk etdiyi kənddə bu gün evlər bərpa edilir, atəşdən qorunmaq üçün sədlər ucaldılır...

5 günlük aprel əməliyyatları zamanı ətrafında ən gərgin döyüşlərin getdiyi və erməni sakinlərin tamamilə tərk etdiyi Talış kəndi yenə də diqqət mərkəzindədir.

Erməni rəhbərliyi kənddən qaçaraq Dağlıq Qarabağın və Ermənistanın müxtəlif yerlərində məskunlaşmış erməni ailələrinin kəndə qaytarılması üçün tədbirlər görməyə başlayıb.

Moderator.az-ın erməni KİV-ə istinadla verdiyi xəbərə görə, Talış kəndinin Azərbaycan ordusu ilə təmas xətti istiqamətində atəşdən qorunmaq üçün sədlər çəkilməyə başlanıb. Bu barədə erməni jurnalistlərə "Milli təhlükəsizlik” Partiyasının sədri, qondarma "DQR”-in Ermənistandakı nümayəndəliyinin müşaviri Qarnik İsaqulyan məlumat verib. O deyib: "Kənddə bərpa işləri tam gücüylə gedir. Heç kəs buranı qurub sonra bunun hamısını Azərbaycana vermək fikrində deyil. İnanmayın ki, belə bir şey mümkündür... Tezliklə 30 ailə Talış kəndinə qayıdacaq...”

Erməni mənbələrinin məlumatına görə, aprelin 2-dək Talış kəndində hərbçilərin ailələrini və müvəqqəti qeydiyyatda olanları çıxmaq şərti ilə 600-dan çox sakin, yaxud 140 ailə yaşayıb.

Xatırladaq ki, aprel əməliyyatları nəticəsində silahlı qüvvələrimiz Talış kəndi ətrafındakı bir neçə yüksəkliyi azad etsə də, kəndə nəzarəti tam ələ keçirə bilməyib.


Ermənilər Talış kəndinə qaytarılır-Düşmən tədbir görür
Ermənilər Talış kəndinə qaytarılır-Düşmən tədbir görür
Ermənilər Talış kəndinə qaytarılır-Düşmən tədbir görür