Övladının toyuna dəvətnamə paylayan atanı avtomobil vurub öldürüb

hadise 26-10-2016, 12:13
Övladının toyuna dəvətnamə paylayan atanı avtomobil vurub öldürüb














Balakəndə övladının toy məclisinə dəvətnamə paylayan atanı avtomobil vurub.

Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX)APA-ya verilən məlumata görə, oktyabrın 25-i axşam saat 18:45 radələrində rayonun Qazma kənd sakini, 1963-cü il təvəllüdlü Hikmət Hənəfi oğlu Muradov avtomobil vurması nəticəsində aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə xəstəxanaya daxil olub. Həkimlərin səyinə baxmayaraq 53 yaşlı Hikmət Muradov xəstəxanaya daxil olduqdan bir qədər sonra ölüb.

Balakən rayon Polis Şöbəsindən bildirilib ki, hadisə rayonun Qazma kəndi ərazisində baş verib. Hikmət Muradov hələki adı və soyadı açıqlanmayan sürücünün idarə etdiyi xırda tutumlu “Ford” markalı yük avtomobili ilə vurulduğu bildirilir. Məlumatda o da bildirilir ki, Hikmət Muradovu maşın vuran zaman o, üç gün sonra toyu olacaq övladı üçün dəvətnamə paylayırmış.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.
Oxunub: 576
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10