backend

Pedaqoji Universitetdə bədbəxt hadisə baş verib

Pedaqoji Universitetdə bədbəxt hadisə baş verib

















Azəbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bədbəxt hadisə baş verib.

Report xəbər verir ki, ADPU-də təhsil alan Bərdə rayon sakini 1996-cı il təvəllüdlü Mustafayeva Tahirə Nazim qızı təhsil müəsisəsində pilləkənlərlə yuxarı qalxarkən ayağı sürüşüb. Nəticədə T.Mustafayeva pilləkənlərdən yıxılaraq kəllə-beyin travması alıb. O, 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, vəziyyəti stabil olaraq ağırdır.

20 yaşlı tələbənin pilləkənlərdən qalxarkən ayağının sürüşməsinə səbəb kimi orada aparılan təmir işləri göstərilir. Belə ki, pilləkənlərın üzərinə sürüşkən mayenin tökülməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.