Məkkəyə raket atıldı

Dunya 30-10-2016, 14:29
Məkkəyə raket atıldı














Yəməndən atılan raket zərbəsi ilə Səudiyyə Ərəbistanının Məkkə şəhəri hədəfə alınıb.

Atv.az bildirir ki, bu barədə Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr məlumat verib. Bildirilir ki, Husilərin nəzarətindəki bölgədən atılan mərmi Məkkə şəhərinə 65 kilometr qalmış havada zərərsizləşdirilib. Nazir, İslamın beşiyi sayılan müqəddəs şəhəri hədəfə aldıqlarına görə silahlıları və onlara dəstək verənləri sərt şəkildə tənqid edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəməndəki üsyançı Husi qruplarına qarşı hava əməliyyatları təşkil edir. Bu üzdən üsyançılar tez-tez Səudiyyə Ərəbistanının ərazisinə mərmilər atır.
Oxunub: 473
OXŞAR MÖVZULAR
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 


ILK-10