backend

Məşhur qəzetin redaksiyasında əməliyyat — Baş redaktor həbs edildi

Məşhur qəzetin redaksiyasında əməliyyat — Baş redaktor həbs edildi













Bu dəqiqələrdə Türkiyənin ən populyar mətbu orqanlarından biri olan "Cumhuriyyet" qəzetinin redaksiyasına polis basqını olub.

İstanbul polisi və prokurorluğu bu saatlarda "Cumhuriyyet"in redaksiyasında sanksiyalaşdırılmış əməliyyat həyata keçiriblər.

Əməliyyat çərçivəsində qəzetin baş redaktoru Murad Sabunçu həbs edilib. Qəzetin ən tanınmış imzalarından biri olan yazıçı Güray Öz isə Ankarada polis tərəfindən həbs olunub. Qəzetin icra şurasının sədri Akın Atalay isə xaricdə olduğundan həbs edilməyib. Məlumata görə, Atalayın həbsi üçün də sanksiya var.

Məlumatı qəzetə yaxınlığı ilə bilinən CHP-nin millət vəkili Barış Yarkadaş öz "twitter" hesabından təsdiq edib.


Məşhur qəzetin redaksiyasında əməliyyat — Baş redaktor həbs edildi