backend

Suraxanı başçısı Qaraçuxurda İŞİD-çilərə yer verib? - Fəlakət

Suraxanı başçısı Qaraçuxurda İŞİD-çilərə yer verib? - Fəlakət


















Suraxanı rayon icra başçısı Qaraçuxur qəsəbəsini viran qoyub; İlqar Abbasov Qaraçuxurun çala-çuxur yollarının nə vəziyyətdə olması ilə maraqlanmır...

İcra hakiminin vecinə deyil ki, bu yollarda insanlar nə gəzir. Qaraçuxurun “Ərəblinski” adlanan massivində yollar fəlakət içindədir.

Bu barədə Politika.Az-a sakinlər məlumat verib. Onların sözlərinə görə, qəsəbənin yollarında Suriyanın Palmira şəhərinə girib viran qoyub dağıtmış terrorçuların “izləri” görünməkdədir.

Necə ki terrorçular qədim şəhəri dağıdıblar, Qaraçuxurun yollar da baxımsızlıqdan məhv olub. Yay-qış bu yollarda biabırçılıq yaşanır. İ.Abbasov isə heç bir tədbir görmür.

Sakinlər icra başçısını Qaraçuxurn yollarını görməyə dəvət edirlər. Onlar bildirirlər ki, bu yerlərdə İŞİD-çi məskən saldığı təssüratı yaranır. Ümumiyyətlə, Suraxanının icra hakimi heç bir fəaliyyəti ilə diqqət çəkmir.

Onun vəzifəsi rayonun torpaqlarını satıb varlanmaqdır. Bunu da vaxtilə özü bir məclisdə etiraf edib ki, prezident də bilir ki biz rayonu dağıdırıq. Rayonun Yeni Suraxanı qəsəbəsinin icra başçısı və komandasının gəlir mənbəyinə çevrildiyi aşkar olunub.

Araşdırma zamanı o nəticəyə gəlinib ki, qəsəbə tikinti meydançasına və torpaq dəllalarının bazarına çevrilib. Qəsəbənin Yuxarı Mədən, 6-cı Köndələn və başqa küçələrində şıdırğı torpaq alveri gedir.

Yeni Suraxanı bələdiyyəsinin sədri Rəşad Mirzəyev rayon icra başçısının torpaq biznesində mühüm kadrı hesab olunur.Bakının bu qəsəbəsi sanki torpaq satışı üçün salınıb.

Suraxanı rayon icra başçısı İlqar Abbasov artıq Bülbülə, Əmircan, Hövsan, Zığ və Qaraçuxur qəsəbələrində boş torpaq sahəsi qoymayıb, indi də Yeni Suraxanını satışa çıxarıb. Xatırladaq ki, İ.Abbasov bunları demişdi: “Qoy nə yazırlar, yazsınlar. Onsuz da hamı hər şeyi bilir.

Yazırlar ki, sökürük, uçurduruq, dağıdırıq, torpaq satırıq, rüşvət alırıq, korrupsiya ilə məşğuluq. Guya ölkə rəhbərliyi bilmir ki, biz nə işlə məşğuluq?”.