backend

Bakıda tələbə qız piyada keçidində yıxıldı: Vəziyyəti ağırdır

Bakıda tələbə qız piyada keçidində yıxıldı: Vəziyyəti ağırdır










Bakıda universitet tələbəsi yeraltı piyada keçidində yıxılaraq ağır xəsarət alıb.

"Report"un xəbərinə görə, hadisə Yasamal rayonunda baş verib. Belə ki, Azərbaycan Universitetinin üçüncü kurs tələbəsi 19 yaşlı Əhmədova Şəbnəm Telman qızı dərsdən evə gedən zaman Şəmsi Bədəlbəyli küçəsindəki yeraltı piyada keçidindən istifadə edib.

Yağışlı hava şəraiti olduğundan o, pilləkənlərdən sürüşərək aşağıya yıxılıb. Nəticədə Ş.Əhmədova kəllə-beyin və bədən xəsarətləri alıb.

Xəstəxanaya yerləşdirilən Ş.Əhmədovanın vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.