backend

Maşın bazarındakı oğru kameraya düşdü - VİDEO

Maşın bazarındakı oğru kameraya düşdü - VİDEO













Xətai rayonu, Babək prospektində yerləşən "maşın bazarı"nda yerləşən mağazaların birində oğurluq edilib. Hadisə nəticəsində sahibkara 300 manat dəyərində maddi zərər dəyib.

Milli.Az xəbər verir ki, bu barədə zərərçəkmiş özü məlumat verib. Zərərçəkmiş sahibkar Elcan Musayev bildirib ki, oktyabrın 28-də olan oğurluq faktı ilə bağlı polisə müraciət edib: "Oğurluq edən şəxsin əməlləri mağazanın müşahidə kamerasına düşüb. O, satıcının başını qataraq avtomobil ehtiyat hissələrini oğurlayıb".

Zərərçəkmiş deyir ki, onun müraciəti Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsində araşdırılacaq.

/// bizimyol