backend

Yol polisi vətəndaşı görün necə aşağıladı: "Ə, tez ol maşınımı düzəlt yoxsa ..." - FOTOFAKT

Yol polisi vətəndaşı görün necə aşağıladı: "Ə, tez ol maşınımı düzəlt yoxsa ..." - FOTOFAKT











Bakıda Səbail rayonu ərazisində yol polisi növbəti dəfə vətəndaşı aşağılayıb.

Bu haqda AZXEBER.COM Bakı sakinləri məlumat verib.

Belə ki, yağışlı havada avtomobilində nasazlıq yaranan 99-YP-423 dövlət nömrəli nişanlı yol polisi dayanacaq gözətçisini onun maşınını təmir etməyə məcbur edib.

Yol polisi avtomobilini yolun kənarında saxlayıb və dayanacaq gözətçisinə əmr edib ki, maşının suyunu dəyişsin. Gözətçi də yağışlı havada məcburən suyu dəyişməyə məcbur qalıb. Sakinlərin dediyinə görə, polis gözətçiyə hədə-qorxu da gəlib: Polis dedi ki, "ə tez ol, get su tap, maşınımın suyunu dəyiş. Əks halda sabah burada işləyə bilməyəcəksən, gəlib, sənin ərazində olan bütün maşınları cərimələyəcəm"

Sakinlərin dediyinə görə, 99-YP-423 nömrəli yol polisi bunu etməyəcəyi təqdirdə, o ərazidə dayanan bütün avtomobilləri cərimələyəcəyini deyib.

Qeyd edək ki, görüntülər Səbail rayonunda, Zərifə Əliyeva küçəsində çəkilib.

Həmin ərazidan olan özəl fotoları təqdim edirik:


Yol polisi vətəndaşı görün necə aşağıladı: "Ə, tez ol maşınımı düzəlt yoxsa ..." - FOTOFAKT

Yol polisi vətəndaşı görün necə aşağıladı: "Ə, tez ol maşınımı düzəlt yoxsa ..." - FOTOFAKT