backend

Putin atəşkəs əmri verdi

Putin atəşkəs əmri verdi









Rusiya Prezidenti Vladimir Putin Hələb üçün yeni humanitar fasilə əmri verib.

Rusiya Baş Qərargah rəhbərliyi, Prezident Vladimir Putinin fərmanı əsasında, Suriyanın Hələb şəhərində vətəndaşların şəhəri tərk edə bilmələri üçün Noyabrın 4-də yerli vaxtla saat 09.00-dan 19.00-a kimi humanitar fasilə tətbiq edəcəyini açıqlayıb.

Rusiya Baş Qərargah Rəisi Valeriy Gerasimov bu ifadələri işlədib: "Mənasız ölümlərin qarşısını almaq üçün, Rusiya Müdafiə Naziri Sergey Şoyqu, Rus Silahlı Qüvvələri Baş Komandanı Vladimir Putindən aldığı əmr əsasında Hələbdə 4 Noyabr saat 09:00-dan 19:00-a kimi humanitar fasilə elan edilməsi qərarını alıb. Bu qərar Suriya hökuməti tərəfindən də təsdiq olunub".

Qeyd edək ki, Rusiya, xəstə və yaralıların özləri üçün açılan humanitar dəhlizlər üzərindən Hələbin şərq məhəllələrini tərk edə bilmələri üçün 20 Oktyabrda də insanı fasilə elan etmişdi. Bu fasilə üç günə yayılacaq şəkildə uzadılmışdı.