backend

CƏNABLAR BAŞINIZI QORUYUN, QORUYUN Kİ, ONU HƏMİŞƏ DİK TUTA BİLƏSİNİZ!

CƏNABLAR BAŞINIZI QORUYUN, QORUYUN Kİ,  ONU HƏMİŞƏ DİK TUTA BİLƏSİNİZ!















Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün” – deyən prezident İlham Əliyevdən kim nümunə götürür! ?

Ənvər Seyidəliyev! O, yüksək insani keyfiyyətləriylə seçilən bir insan, bir vətəndaş və bir İcra Hakimiyyəti başçısıdır!

Ənvər Seyidəliyev insanlara yaxşılıq etmək üçün calışıb-vuruşur !

Ənvər Seyidəliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Ənvər Seyidəliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Ağsu rayon İcra Hakimiyyəti başcısı kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Son zamanlar ayrı-ayrı xəbər portallarında Ağsu rayon İcra Hakimiyyəti və onun rəhbərliyi haqda müxtəlif səpkili, böhtan xarakterli yazılar dərc olunur. Qaynarxett.az-ın aldığı məlumata görə, bütün bunlar Ağsu rayonunda görülən möhtəşəm işlərə kölgə salmaq və mövcud sosial sabitliyin pozulmasına yönəlmiş qərəzli hərəkətlərdən başqa bir şey deyildir. Bu bir faktdır ki, qısa bir zaman kəsiyində ölkəmiz yüksək inkişaf həddinə çatıb. Ölkə rəhbərliyinin aparılan abadlıq və quruculuq işlərinə bilavasitə diqqət və qayğısı yerli hakimiyyət strukturlarını işlərində dönüş yaratmağa, daha çevik fəaliyyət göstərməyə sövq edib. Bunun bariz nümunəsi kimi Ağsu rayon rəhbərliyi də öz bacarığı, təşkilatçılığı və insani keyfiyyətləri ilə ağsuluların hörmət və rəğbətini qazanıb. Məntiqi olaraq rayon rəhbərliyi haqqında ayrı-ayrı şəbəkələrdə gedən, heç bir fakta söykənməyən yazılar hər kəsdə təəssüf və ikrah hissi doğurur.

Bu günlərdə Ağsu rayonu haqqında xəbər saytlarının birində yerləşdirilmiş “Ağsu icra başçısı rayonda sahibkarların qənimi kimi tanınır” başlıqlı yazı haqlı olaraq yenə də rayon ictimaiyyətinin qəzəbinə səbəb olub. Yazılanların tam əksinə olaraq Ağsu rayonu özünün inkişaf tempinə görə respublikamızın öndə gedən bölgələrindən biri olmaqla, burada sahibkarlarla işlər əlaqəli qurulur. Əhalinin ən xırda tələblərinə icra hakimiyyətinin başçısı tərəfindən daim diqqət və qayğı göstərilir. Rayon rəhbərliyi tərəfindən sahibkarlara heç bir təzyiq olmur, əksinə sahibkarlığın inkişfına xüsusi diqqət və qayğı ilə yanaşılır.

Yaxşı olardı ki, sosial şəbəkələrdə rayon rəhbərinin fəaliyyəti dövründə rayonda gedən sosial-iqtisadi yüksəliş, rayon əhalisinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər, əldə olunan nailiyyətlər öz əksini tapaydı.

Dogrudan da respublikamızda sürətli inkişaf yolunda olan rayonlardan biri də Ağsudur. Prezident İlham Əliyevin əmr və tapşırıqlarını, göstərişlərini, tövsiyyələrini Ənvər Seyidəliyevin operativ və dəqiqliklə yerinə yetirməsi sayəsində rayon gündən günə gözəlləşir və abadlaşır.

İlk olaraq diqqəti, Ağsudakı inkişafı, yeniləşməni, müasirləşməni, insanların həyat səviyyəsinin yüksəlməsini, rayonun davamlı və çoxistiqamətli inkişafını görmək istəməyənlərin diqqətini görülən işlərə yönəltmək istərdik. Qeyd edək ki, rayona gələn gündən başlayaraq rayon icra hakimiyyətinin başçısı tikinti-abadlıq işlərində, mənəvi quruculuqda təbəddülat yaratdı. İlk növbədə məmur özbaşnalığına qarşı qanunsuz yolla çıxmağın arzuolunmaz nəticələri aradan qaldırıldı.

Ölkə rəhbərinin tapşırıqlarına əsasən rayon ərazisində iqtisadi durumun yaxşılaşdırılması, dotasiyalardan asılılığın minimuma endirilməsi məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühütünün formalaşdırılması, investisiyaların cəlb edilməsi, keçirilən tenderlərdə şəffaflığın təmin edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbüt şəraitin yaradılması, kənd təsərrüfatında islahatların genişləndirilməsi, yerli infrastruktur layihələrinin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı əməli tədbirlər görülməlidir.

Hər bir sahədə çalışanların fəaliyyətinə münasibətdə rayon icra hakimiyyətinin başçısı yalnız qanuna, ədalətə və şəffaflığa əsaslanır. Tam məsuliyyətimizlə deyirik ki, Ağsuda kiminsə haqqına toxunmaq kiminsə düşüncəsində belə özünə yer tapa bilməz. Bunun nəticəsidir ki, uzun illər durğun vəziyyətdə olan sahibkarlıq burada yeni inkişaf dövrünü yaşayır. Sahibkarlar problemlərinin həllində rayon İcra Hakimiyyətindən həmişə dəstək görürlər.

Təmiz insanları ləkələmək üçün sifarişli yazılar yazanlar unutmasınlar ki, ağsulular ağı qaradan seçməyi yaxşı bacarır. Dövlətçiliyə sadiq məmurlara ləkə vurmaqla onları tutduqları düz yoldan çəkindirmək olmaz. Çünki atalar demişkən, "yalan ayaq tutar, ancaq yeriməz". İnsanlar yazılanlarla olanları müqayisə edib şəbəkələrdə təkcə Ağsu rayonu haqqında deyil, başqa bölgələr haqqında da gedən yalan və böhtanla dolu yazılara inanmırlar.

P.S. Qaynarxett.az olaraq bəzilərinin diqqətinə çatdırır ki, Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin bizim müdafiəmizə ehtiyacı yoxdur. Yalan, böhtan xarakterli məlumatlar hazırlayıb yayan, bu məlumatlarla Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin şərəf və ləyaqətini alçaltmaq düşüncəsində olan qəzet və saytlar həmin şantaj xarakterli yazılara gec-tez cavab verməli, ən azından yazdıqları və ya yazdırdıqlar hədyanlara görə üzr istəməli olacaqlar! CƏNABLAR BAŞINIZI QORUYUN, QORUYUN Kİ, ONU HƏMİŞƏ DİK TUTA BİLƏSİNİZ!


CƏNABLAR BAŞINIZI QORUYUN, QORUYUN Kİ,  ONU HƏMİŞƏ DİK TUTA BİLƏSİNİZ!
CƏNABLAR BAŞINIZI QORUYUN, QORUYUN Kİ,  ONU HƏMİŞƏ DİK TUTA BİLƏSİNİZ!
CƏNABLAR BAŞINIZI QORUYUN, QORUYUN Kİ,  ONU HƏMİŞƏ DİK TUTA BİLƏSİNİZ!
CƏNABLAR BAŞINIZI QORUYUN, QORUYUN Kİ,  ONU HƏMİŞƏ DİK TUTA BİLƏSİNİZ!
CƏNABLAR BAŞINIZI QORUYUN, QORUYUN Kİ,  ONU HƏMİŞƏ DİK TUTA BİLƏSİNİZ!
CƏNABLAR BAŞINIZI QORUYUN, QORUYUN Kİ,  ONU HƏMİŞƏ DİK TUTA BİLƏSİNİZ!
CƏNABLAR BAŞINIZI QORUYUN, QORUYUN Kİ,  ONU HƏMİŞƏ DİK TUTA BİLƏSİNİZ!
CƏNABLAR BAŞINIZI QORUYUN, QORUYUN Kİ,  ONU HƏMİŞƏ DİK TUTA BİLƏSİNİZ!
CƏNABLAR BAŞINIZI QORUYUN, QORUYUN Kİ,  ONU HƏMİŞƏ DİK TUTA BİLƏSİNİZ!
CƏNABLAR BAŞINIZI QORUYUN, QORUYUN Kİ,  ONU HƏMİŞƏ DİK TUTA BİLƏSİNİZ!