backend

Bacısının əri ilə qaçan qızla müsahibə: "Onunla evlənmək istəyirəm"

Bacısının əri ilə qaçan qızla müsahibə: "Onunla evlənmək istəyirəm"















Sentyabrın 23-də bacısının ərinə qoşulub qaçan 14 yaşlı Cəlilabad sakini Gülbahar Məmmədova (ad şərtidir) atasının razılığı ilə ölkə.az-ın suallarını cavablandırıb.

Hüsahibəni təqdim edirik.

- Gülbahar, neçə gündür evinizdəsiniz?
- Evimizə getməmişəm, üç gündür əmimgildə qalıram.

- Bir yerdə oxudum, demisiniz ki, Ələmdarla (bacısının yoldaşı) getməyimə görə peşman deyiləm. Bu doğrudur?
- Bəli, belə bir söz demişəm.

- Yenə fikrinizdə qalırsınız?
- Bəli, bəli.

- Bəs niyə rayona qayıdıb polis şöbəsinə gəldiniz?
- Gördüm ki, hər şey bambaşqa olur, ona görə evimə qayıtmaq istədim.

- Yəni?
- Düşündüm ki, anamın, atamın qatili olaram da. Onların ürəyi partlayar, ölüb eləyərlər, bu, mənimçün çox pis olar.

- Ələmdarla münasibətləri bərpa etməyi düşünürsünüz, yoxsa bu məsələ bitdi?
- Xeyr, xeyr.

- Yəni bağlanmadı?
- Xeyr.

- Bacınızı - Ələmdarın həyat yoldaşını görmüsünüz?
- Görməmişəm.

- Bacınızdan üzrxahlıq edəcəksiniz?
- Hələ ki, başqa biriylə danışacaq durumda deyiləm. Çox əsəbi olmuşam.

- Ələmdar səni vururdu, döyürdü?
- Döymürdü.

- Nə vaxtdan bir-birinizi görmürsünüz?
- Üç gündür gəlmişəm, görməmişəm.

- Telefon əlaqəniz var?
- Telefon əlaqəm yoxdur.

- Ailəniz Ələmdarın həbsini istəyir. Siz də istərdiniz?
- İstəməzdim.

- Bağışlanılmasını və sizinlə ailə qurmasını istəyərsiniz?
- Bəli.

- Bacınızın taleyini düşünmürsünüz?
- Hələ ki heç nə düşünmürəm.

- Bacınızı düşünmürsüz?
- Düşünürəm. Məni də başa düşün də, gərginəm.

Qeyd edək ki, ailəsinin ehtimallarına görə, o, bacısının həyat yoldaşı Ələmdar Məmmədovla qaçmışdı.