backend

İcra başçısı Sabunçu sakinlərini “dəniz gəzintisi”nə çıxarıb

İcra başçısı Sabunçu sakinlərini “dəniz gəzintisi”nə çıxarıb








Sonuncu yağışlar zamanı Sabunçu rayon, Dəmir Yol Vağzalının (Stansiya Sabunçu) qarşısında böyük bir göl yarandığı ilə bağlı məlumat vermişdik

Hətta xəbər bloggerləri bu ünvanda lotka da sürmüşdü ki, bəlkə icra başçısı görüb utansın, problemin həllinə cəhd etsin. Lakin görünür, Sabunçunun icra başçısı Adil Vəliyev üçün belə subasma və ya bu kimi problemlərin həlli maraqlı deyil.

Elə bu səbəbdəndir ki, bu gün yagan bir neçə saatlıq yağış nəticəsində adıçəkilən ərazi yenidən su altında qalıb. Yenə ətrafdakı mağazalar bağlıdır, insanlar işə gedə bilmir, məktəblilər isə təhlükədədir. Hətta səhər saatlarında bir məktəblinin bu gölə düşdüyü və ciddi xəsarət aldığı deyilir.

Yenə həmin dalğa, həmin kordinat. Yenə icra başçısı Adil Vəliyev öz isti otağında oturub seyr edir, problemlər onu maraqlandırmır.

Mətbuatda Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun nəzarəti altında olan rayon yollarının su altında qalması barədə kifayət qədər yazılar verildi. Günlər sonra da olsa icra hakimiyyəti yalançı bir əsas, səbəb tapdı və problemin aradan qaldıərılması üçün çalışdıqlarını dedi. Təbii ki, açılqlama yalandan, vaxt udmağa xatir verilmişdi.(mediafax)Onlardan fərqli olaraq Sabunçunun icra başçısı Adil Vəliyev umumiyyətlə susub. O, bununla vaxt udmaq, guya heç nə baş vermirmiş kimi diqqət çəkmək istəmir. Amma biz, mediafax.az olaraq diqqəti bir daha Sabunçu rayon, Dəmir Yol Vağzalının (Stansiya Sabunçu) qarşısında yaranmış gölə ayırmaq istəyirik. Cənablar, "Stansiya Sabunçu" su altında qalıb. Fotolar bunu bir daha subut edir...

Amma Adil Vəliyev nə qədər sayğısıqlıq göstərəcək, bax bu su altında deyil, sual altındadır...