backend

Kürd partiyasının lideri Türkiyədə həbs edildi — TƏCİLİ

Kürd partiyasının lideri Türkiyədə həbs edildi — TƏCİLİ













Türkiyədəki kürd partiyası və PKK terror təşkilatına yaxınlığı ilə bilinən HDP-nin lideri həbs edilib.

Ölkə.Az türk mediasına istinadən xəbər verir ki, Səlahəddin Dəmirtaş və partiyanın həmsədri Figen Yüksəkdağ başda olmaqla Türkiyə parlamentinin daha 9 deputatı terrora dəstək verməkdə ittiham edilərək həbs ediliblər.

Həbs Türkiyənin Diyarkəkir, Şırnak, Hakkari, Van və Bingöl prokurorluqlarının başladığı cinayət işinin araşdırılmasından sonra sanksiyalaşdırılıb.

Həbs olunanların hamısının PKK terror təşkilatı ilə sıx əlaqədə olduqları, PKK terrorçularına maddi və mənəvi dəstək verdikləri bildirilir.

Xəbəri HDP lideri Səlahəddin Dəmirtaş öz "Twitter" səhifəsində təsdiqləyib.


Kürd partiyasının lideri Türkiyədə həbs edildi — TƏCİLİ