backend

Masallıda təzə rəis ticarətçilərin gününü qara edib - Foto

Masallıda təzə rəis ticarətçilərin gününü qara edib - Foto















Masallının köhnə bazarında ticarətçilərə işləməyə imkan verilmir

Bu barədə redaksiyamıza verilən məlumata görə, alverçilər qeyri-rəsmi rüsum tələbi ilə üzləşiblər.

Onların sözlərinə görə, ticarətçilərdən yol üstündə alver etmək üçün həftədə 5 manat istənilir. Bu qərar Masallıya yeni polis rəisi təyin olunandan sonra qüvvəyə minib.

Ticarətçilər qeyd edirlər ki, onsuz da alıcılıq qabiliyyəti aşağı düşüb, maddi vəziyyət ağırlaşıb, hamı borc içində yaşayır.

Belə olan halda işləməyə şərait yaradılmalıdır. Amma Masallının təzə rəisinin gəlişi ilə köhnə bazar ərazisində alver edənlərin işi çətinləşib.

Hər həftə 5 manat ödəmək məcburiyyətində qalan yerli alverçilər Masallı rayon rəhbərliyi və Daxili İşlər Nazirliyindən kömək gözləyir. Onlar inanır ki, tezliklə problem yoluna qoyulacaq.


Masallıda təzə rəis ticarətçilərin gününü qara edib - Foto