backend

54 saylı orta məktəbin direktoru Sahibə xanım qardaşına arxayınlaşıb "at oynadır"...

54 saylı orta məktəbin direktoru Sahibə xanım qardaşına arxayınlaşıb "at oynadır"...










Yeni tədris ilinin başlanması heç də təhsillə bağlı olan hamını sevindirmədi.

Məlumata görə paytaxtın Nəsimi rayonundakı A. Şaiq adına 54 saylı orta məktəbin direktoru Sahibə xanımın rəhbərlik etdiyi kollektivin uğurlarının qazanılmasında əhəmiyyətli pay sahibi olan ibtidai təcrübəli sinif müəlliməsi Zöhrə Quliyevanı aldatması hətta ikincinin dərs dediyi şagirdlərin valideynlərinin də haqlı narazılığına səbəb olub. Bildirilir ki, direktor yaş senzini əsas göstərərək, hələ ötən dərs ilinin sonunda təcrübəli müəlliməyə təzyiq göstərib, onu sinif kabinetini təmir etməkçün təxminən 700 (yeddi yüz) manat xərc çəkməyə vadar edib və bunun müqabilində ona yeni dərs ili başlayanda onunla əmək müqaviləsini təzələyəcəyini vəd edib. Sentyabrda isə vədinə xilaf çıxıb, müqavilə bağlamaq istəməməsini də guya Bakı Baş Təhsil İdarəsinin buna icazə verməməsi ilə əlaqələndirib.(mediatv)Bu məsələyə aydınlıq gətirmək məqsədilə zəng vurub direktorun mövqeyini öyrənmək istəyəndə, o, yaşlı müəllimənin sinif otağını təmir etdirməsindən xəbərsiz olduğunu dedi.Güya həmən sinif digər korpusda yerləşdiyindən direktor nəzarət edə bilmir. Qəribədir, deyilmi? Sinif otağının təmiri yay tətili dövründə həyata keçirilsə də, nəzərdən kənarda qalacaq, diqqətdən yayınacaq qədər xırda iş deyil. Axı bundan ötrü işçi qüvvəsi cəlb olunur, günlərlə usta işləyir, səs-küy yaranır.Məktəbdə web kameralar var. Əgər doğrudan da xəbəri yoxdusa, demək, məktəb rəhbəri yerində olmayıb, idarə etdiyi təhsil müəssisəsində baş verənlərlə maraqlanmayıb və diğər korpusda dərs zamanı tədrisin vəziyyətindən də xəbərsiz olur. Xanım direktor yaşı ötmüş başqa bir müəllimə münasibətdə loyal olub, hansısa gizli səbəbə görə ona qarşı senz tətbiq etməyə lüzum görməyib. O da məlum olub ki, qədirbilən valideynlər uşaqlarının sevimli ibtidai sinif müəlliməsini müdafiə etməkçün Təhsil Nazirliyinə, BBTİ-nə və başqa aidiyyəti qurumlara müraciət etmək qərarına gəliblər. Çünki müəllimə şagirdlərə elmi biliklərin əsasını mükəmməl mənimsətməklə yanaşı, daim onlara bir ana kimi qayğı göstərib, bir çox başqa həmkarlarından fərqli olaraq sinifdə pul yığmayıb, direktoru məmnun etmək üçün "dəridən-qabıqdan çıxmayıb". Onun dərs dediyi "ibtidailər" orta məktəbin yuxarı siniflərində də fəallıqları ilə seçiliblər, əksəriyyəti də nəhayətdə məzun olandan sonra ali məktəblərə qəbul olunublar. İnsidentlə bağlı araşdırmalarımızı apararkən, xanım direktorun özündənrazılığını şərtləndirə biləcək bir mühüm faktı da öyrəndik, necə deyərlər, "xoruzun quyruğunu" gördük: Demə, məktəb direktorunun adamı varmış; o, Suraxanı rayon İcra Hakimiyyəti başçısının bacısı imiş!