backend

Topçubaşov adına xəstəxanada rüşvət tüğyan edir...

Topçubaşov adına xəstəxanada rüşvət tüğyan edir...












Topçubaşov xəstəxanasında Yusif həkim həkim yoldaşının rüşvət almasına bərayət qazandıraraq münasibət örgənmək istəyən jürnalisti təhqir etməkdən belə çəkinməyib

Füzuli rayonundan köçkün düşmüş Validə xanım adlı şəxsin övladı müraciət edərək bildirib ki, Topçubaşov adına xəstəxanada anasının kompyuter tomoqrafiyasın almaq istəyən zaman ondan 60 manat rüşvət alıblar. Redaksiyasına göndərilən şikayət də xəstəxananın Asif adlı həkimi vətəndaşdan 60 manatı alması videosunda yer alıb.(xeberci.tv)Belə ki, vətəndaş xəstəxananın həkimi Asif həkimə yaxınlaşaraq tomoqrafiyanın qiyməti neçə olduğunu soruşur. Və həkim bildirir ki, 60 manat verməlisiz deyib 70 manat alaraq 10 manatı geri qaytarır. Vətəndaş bu olanları telefonu ilə lentə alır. Adıçıkilən xəstəxananın həkimi Asif müəllimlə əlaqə saxladıq. Ancaq Asif həkim qısaca cavab verərək mən münasibət bildirməkdən imtina edirəm. Xəstəxananın cavabdeh həkimi olan Yusif həkimsə əməkdaşlarımızı təhqir edərək rüşvət alan həkiminə dəstək olub.