backend

Qohumunu soyundurub, narkotik verib, zorladı - AZƏRBAYCANDA

Qohumunu soyundurub, narkotik verib, zorladı - AZƏRBAYCANDA
Azərbaycanda azyaşlı qızı zorlamaqda təqsirilənən və bir neçə gün öncə məhkəmə prosesi yekunlaşaraq 18 il müddətinə azadlıqdan məhrum edilən 30 yaşlı Akif Qasımovun (şərti) cinayət əməlinin detalları məlum olub.
A.Qasımov 2012-ci ildə adam bıçaqlamağa görə 6 il müddətinə azadlıqdan məhrum edilib, 2014-cü ildə əfvlə azadlığa buraxılıb. Dörd ay sonra isə türmədə olarkən qadağan olunan əşya hazırladığı üzə çıxıb və 3 ay cəza alıb. A.Qasımov üçüncü cinayətini isə bibisi qızının evində törədib.
Bu dəfə A.Qasımov bibisinin 11 yaşlı qız nəvəsini zorlayıb. Hadisə ilə bağlı adıkeçən şəxslərin gizliliyini qorumaq üçün adlar şərti olaraq verilir.
Belə ki, 11 yaşlı Gülçinin atası Sakit bu ilin martın 22-də arvadının qohumu Akifi bayramı birlikdə qeyd etmək üçün evinə çağırıb. O qohumu ilə gecə saat 2-yə qədər yeyib içib. Evdə isə onlardan başqa Sakitin anası Züleyxa və azyaşlı qızı olub. Gecəyarısı Gülçinin anası Mehriban işlədiyi restorandan çıxıb evə gəlib. Qohumu ilə bayramlaşandan sonra yatıb.
Səhər tezdən Mehriban və Sakit işə gedib, evdə isə Gülçin, Züleyxa və Akif qalıb. Züleyxa bazarlıq etmək üçün günorta evdən çıxıb, öncə isə oğlu Sakitə zəng edərək “Akif hələ də yatır, oyadım?” deyə soruşur. Sakit isə “yazıqdı, oyatma” deyir. Təxminən 1 saat sonra yuxudan oyanan Akif mağazaya gedərək özünə sosiska və araq alıb evə gəlir, bişirib yeyir. Sərxoş olduqdan sonra isə Sakitə zəng edərək erotik səhnələr olan kasetin yerini istəyir, qarşı tərəfdən “o kaset sənlik deyil, özüm gələndə verərəm baxarsan” cavabını alması onu əsəbləşdirir.
Akif mətbəxə gedərək bıçaq götürüb və bibisi nəvəsinə paltarlarını soyunmağı əmr edib. Gülçin isə qorxusundan qohumunun dediklərini yerinə yetirir. Qızçığaz tam çılpaq olduqdan sonra Akif də soyunub və ona güclü narkotik tərkibli ağrıkəsici olan Klonitazin adlı dərman verərək içməsini tələb edib. Dərmanı içən Gülçin huşunu itirib. Akif bütün bunları edərkən əlindəki bıçaqla azyaşlını qorxudub.
Gülçin ifadəsində özünə gəldiyində Akifin paltarlarını geyindiyini gördüyünü deyib: “Ayılanda yerdə lüt uzandığımı gördüm, üstüm qan idi, çox ağrıyırdım. Ondan paltarlarımı geyinməyə icazə verməsini istədim, “sakit dayan” dedi. Biraz sonra dedi dur geyin. Şalvarımı tapıb geyindim. Burnum qanayırdı, hamama gedib yudum. Köynəyim qana bulaşdığı üçün geyinmədim. Akif sonra bütün paltarlarımı çıxartdırıb kuloka yığdı, əynimdə bircə maykam qaldı. Mən atama zəng etmək istədim. O “telefona mahnı yükləyəcəyəm” deyib əlimdən aldı, sonra isə “zəng edə bilməyəcəksən, nömrələri sildim” deyib özümə qaytardı. Akif paltarımı yığıdığı kuloku da götürüb getdi, gedərkən bıçağı göstərib “bunu kiməsə desən atanı da, ananı da öldürəcəyəm” dedi. O evdən çıxan kimi atama zəng etdim. Gələndə ona hər şeyi danışdım”.
Usta işləyən Sakit qızının dediklərini dinlədikdən sonra Akifi tutmaq üçün ona zəng edib və yalandan “ev yanır, tez gəl” deyib. Akif isə bundan sonra ona edilən zənglərə “gəlirəm”, “çatıram” deyə cavab verib. Bir qədər sonra isə ona zəng çatmayıb. Sakit və Gülçin polisə gedərək şikayət edib.
Gülçin huşunu itirdikdən sonra olanlara heç kim şahid olmayıb. Bunu isə istintaq və ekspertiza üzə çıxarıb. Akif azyaşlı qohumunun özündə olmadığı gördükdən sonra onunla təxminən 1 saat təbii və qeyri-təbii yolla cinsi əlaqədə olub. Onu zorlayarkən sifətinə, biləklərinə xəsarət yetirib.
Akif Qasımov ifadə verərək hadisədən xəbərsiz olduğunu, heç nə etmədiyini deyib: “Mən səhər saat 11-də Sakitlə birgə evdən çıxdım, sonra da qayıtmadım. Saat 18 radələrində o mənə zəng edib evin yandığını dedi, məni hədələdi. Qorxduğum üçün ordan rayona getdim, kəndlərdə qaldım. İki ay sonra başqa bir qohumumun kafesinə getdim, o mənə axtarışda olduğumu, ona problem yaratmamaq üçün çıxıb getməyimi dedi. Kafedə yemək yeyib gedəcəyimi deyib oturdum, orda olarkən polislər gəlib məni tutdu. Mən Gülçini zorlamamışam”.
İşlə bağlı təyin olunan ekspertizaların rəyində Gülçinin qızlıq pərdəsinin tamlığının pozulduğu, uşaqlıq yolunda qanaxma olduğu aşkar olunub. Onun qan və sidik analizinin nəticələrində Klonitazin adlı maddə tapılıb. Qanaxma olduğu üçün spermatozoidlərin təyini üçün tampon və yaxma götürmək mümkün olmayıb. Qeyri-təbii yolla cinsi əlaqə zaman xəsarət qalmadığı qeyd olunub.
Akif Qasımov ittiham rədd edib, ekspertizada qeyd edilən qeyri-müəyyənliklərə əsaslanaraq hökmdən apellyasiya şikayəti verib.(qafqazinfo)