3 saylı uşaq bağçasının müdiri Adil Vəliyevin adından istifadə edir

Təhsil 5-11-2016, 19:06
3 saylı uşaq bağçasının müdiri Adil Vəliyevin adından istifadə edir

Şahnaz Abdullayevanın fəaliyyəti müvafiq qurumlar tərəfindən ciddi şəkildə araşdırılmalıdır

Onun rəhbərlik etdiyi məktəbəqədər təhsil müəssisəsinə əsasən imkanlı şəxslərin və ya «tələb»lərilə razılaşanların övladları qəbul edilir Bakının Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi 19 ünvanında yerləşən 3 saylı uşaq bağçası və onun müdiri Şahnaz Fərman qızı Abdullayevanın fəaliyyəti ərazidə yaşayan sakinlərin, daha doğrusu azyaşlı övladlarını adıçəkilən məktəbəqədər təhsil müəssisəsinə etibar edən valideynlərin ciddi narazılığına, kəskin etirazına səbəb olur. Belə ki, 3 saylı uşaq bağçasında bir sıra xoşagəlməz halların cərəyan etdiyini bildirən mənbənin Gundelik-Baku.com-la bölüşdüyü bilgilərdə qeyd olunur ki, Şahnaz Abdullayevanın rəhbərlik etdiyi məktəbəqədər təhsil müəssisəsi müasir standarlara qətiyyən cavab vermir. Uşaq bağçasında körpələrin yay aylarında istidən, payız və qış fəslində isə soyuqdan əziyyət çəkdiklərini iddia edən məlumatlı şəxsin sözlərinə görə, 3 saylı uşaq bağçasında körpələrə keyfiyyətsiz ərzaq məhsulları verilir: «Deyilənlərə görə, Şahnaz Abdullayevanın müdiri olduğu məktəbəqədər tədris müəssisəsində məhsulları qəbul edərkən heç bir sənədləşmə aparılmır. Halbuki burada ərzaq xammalı və qida məhsullarının brakeraj jurnalı olmalıdır. Lakin 3 saylı uşaq bağçasında belə bir jurnal yoxdur. Qeyd edim ki, dövlət standartının tələblərinə görə körpələr evi-uşaq bağçasına daxil olan qida məhsullarının keyfiyyətinə nəzarət üçün brakeraj keçirilməlidir. Belə ki, brakeraj məqsədilə ayrılmış xüsusi jurnalda qida məhsullarının daxilolma tarixi və vaxtı, son satış müddəti, faktiki satış tarixi və vaxtı, orqanoleptik qiymətləndirmənin nəticələri və.s haqqında qeydlər aparılmalıdır. Bu isə onu təsdiqləyir ki, Şahnaz Abdullayevanın rəhbərlik etdiyi məktəbəqədər təhsil müəssisəsində qidalanma ilə bağlı ümumi vəziyyət «Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı»nın tələblərinə uyğun deyil». Bu arada, 3 saylı uşaq bağçasında «bağça fondu»nun hesabına və tərbiyyəçi-müəllimlərin mükafatlandırılmasına hər uşağa görə valideynlərdən ayda 30-40 manat yığıldığını qeyd edən mənbə hesab edir ki, bir neçə il əvvəl uşaq məktəbəqədər müəssisələrinin Təhsil Nazirliyinin tabeliyindən çıxarılaraq icra orqanlarının tabeliyinə verilməsi bir çox bağça müdirləri, o cümlədən Şahnaz Abdullayeva üçün əlavə imkanlar yaradıb: «Deyilənlərə görə, 3 saylı bağçanın müdiri bir sıra yollara baş vuraraq öz qanunsuz fəaliyyətini daha da genişləndirir və bununla da şəxsi maraqlarını təmin etməyə çalışır. Buna görə də Şahnaz Abdullayevanın rəhbərlik etdiyi məktəbəqədər təhsil müəssisəsinin fəaliyyəti müvafiq qurumlar tərəfindən ciddi şəkildə araşdırılmalıdır. Çünki adıçəkilən müəssisədə uşaqlara verilən yeməklər müvafiq qaydada təsdiq edilmiş texnoloji təlimat və reseptura olmadan hazırlanır, ərzaqların da dövlət standartı haqqında heç bir sənədi yoxdur. Yeri gəlmişkən, qeyd edim ki, 3 saylı uşaq bağçasında körpələrin təlim və tərbiyyəsilə məşğul olan kadrlar arasında da müvafiq təhsili və hazırlığı olmayanlara rast gəlmək mümkündür. Lakin buna baxmayaraq, nədənsə Şahnaz Abdullayevaya irad tutan, «gözün üstə qaşın var» deyən yoxdur. Bunun əsas səbəblərindən biri isə bağça müdirinin az qala hər yerdə «Mənim arxamda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev durur. Buna görə də heç kimin mənə gücü çatmaz. Kim nə bilirsə onu da etsin. Onsuz da icra başçısı məni qoruyacaq» deməsidir. Deyilənlərə görə, Şahnaz Abdullayeva icra başçısına arxalandığı üçün rəhbərlik etdiyi məktəbəqədər təhsil müəssisəsinə əsasən imkanlı şəxslərin və ya onun «tələb»lərilə razılaşanların övladları qəbul edilir. Əgər müvafiq qurumlar bununla bağlı ciddi və obyektiv araşdırma aparsalar, o zaman qeyd olunan məqamların doğruluğunun şahidi ola bilərlər».

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Oxunub: 846
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 


ILK-10