backend

Mosuldan çəkilən İŞİD şəhərə od vurdu

Mosuldan çəkilən İŞİD şəhərə od vurdu













İŞİD terror təşkilatının yaraqlıları Mosuldan çəkilməyə başlayıblar.

İraq ordusu və koalision qüvvələrinin hücumlarına davam gətirə bilməyən İŞİD terrorçuları Mosuldan çəkilməyə və çəkilərkən də yolları, evləri, körpüləri partlatmaqda davam edir.

Bu gün yayılan məlumata görə, İŞİD terrorçuları Mosul yaxınlığındakı 19 neft quyusunu yandırıblar. Şəhərə yaxın yerləşən quyulardan yayılan alovlar yaxınlıqdakı məhəllələr üçün böyük təhlükə törədirlər.

Xatırladırıq ki, artıq bir aydan çoxdur ki, İraq ordusu Mosulu İŞİD terrorçularından təmizləmək üçün əməliyyat həyata keçirir.