backend

Bakıda ərəblər qəzaya düşdü: Ölənlər var

Bakıda ərəblər qəzaya düşdü: Ölənlər var













Bakıda ağır yol qəzası baş verib.

Lent.az xəbər verir ki, Qaradağ rayonunda “Nissan” və “Mercedes” markalı iki minik avtomobili toqquşub.

Nəticədə “Nissan”da olan Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı, 1975-ci il təvəllüdlü Suhail Saeed Raşeyed və 1986-cı il təvəllüdlü Lamees Zlad Mahmud Jbablı aldıqları xəsarətlərdən vəfat edib.

Onlarla birgə avtomobildə olan Şöhrət Abışov və “Mercedes”in sürücüsü Elçin Məmmədovla sərnişini Ayla Bəşirova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.