backend

23 yaşlı qız Facebook-da bu sözləri yazıb intihar etdi - FOTO

23 yaşlı qız Facebook-da bu sözləri yazıb intihar etdi - FOTO















Adanada anasını itirdikdən sonra psixoloji sarsıntı keçirən 23 yaşlı İngilis dili müəllimi canına qıyıb.

Hadisə Çukurova mahalındakı Bələdiyyə Evleri Məhəlləsində qeydə alınıb.

İddiaya görə, özəl bir məktəbdə ingilis dili müəllimi olaraq çalışan 23 yaşlı Muradıya Aslıhan Pek 6 ay əvvəl anasının rəhmətə getməsi ilə depresiyaya düşüb.

Atası ilə birlikdə yaşayan gənc müəllim anasının yoxluğuna dözə bilməyib və yaşadıqları binanın dördüncü mərtəbəsindən özünü ataraq intihar edib. Beton döşəməyə çırpılan gənc qız hadisə yerindəcə dünyasın dəyişib.

Muradıya Aslıhan Pekinin intihar etməzdən əvvəl Facebook hesabında "Anasının yanında" şəklində paylaşım etdiyi ortaya çıxıb. (milli.az)