117 saylı bağçanın “imtiyazlı” müdiri

Təhsil 8-11-2016, 22:15
117 saylı bağçanın “imtiyazlı” müdiri

Solmaz Hacıyevanın arxasında birbaşa Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin məsul vəzifəli şəxsinin durması, onu daha böyük özbaşınalıqlara sövq edir Bir müddət əvvəl redaksiyamıza müraciət etmiş bir valideyn paytaxtın Yasamal rayonu ərazisində, Həsən bəy Zərdabi küçəsi, 75c ünvanında yerləşən 117 saylı uşaq bağçasının fəaliyyətində müşahidə olunan nöqsanlar barədə öz iradlarını bildirmişdi: “Bağçaya uşaq yazdırmaq üçün Solmaz xanımın qəbuluna girmişdim. Elə niyyətimi bilən kimi sözümü kəsdi ki, bağçamızda yer yoxdur. Sonra təklif etdi ki, növbə kitabında adımı qeydiyyata salım. Guya nə vaxt yer boşalsa, özləri mənə xəbər edəcəklər. Bağçadan çıxa-çıxda isə, əməkdaşlardan biri yaxınlaşdı mənə ki, bəs sizin işinizi həll edə bilərəm. Məlum oldu ki, bağçaya uşaq yazdırmaq üçün 300 manat pul tələb olunur...” Bu şikayət əsasında qəzetimizdə dərc etdiyimiz yazıda biz göstərmişdik ki, ümumiyyətlə bu gün məktəbəqədər təhsil sahəsində çalışan bəzi məmurlar vərdiş etdikləri köhnə qaydaları hələ də bir kənara qoymağa hazır deyillər. Xüsusilə bu gün paytaxtda fəaliyyət göstərən bir çox uşaq bağçalarında mövcud neqativ halların aradan qaldırılması üçün hələ də müvafiq tədbirlər görülmür. Halbuki, uşaq müəssisələrində əsaslı islahatların aparılması üçün ilk növbədə onlara rəhbərlik edən şəxslərin fəaliyyətləri tam ciddiliyi ilə təftiş olunmalı, korrupsiya hallarına və digər qanun pozuntularına yol verən məmurlar cəzalandırılaraq uşaq bağçalarından birdəfəlik uzaqlaşdırılmalıdırlar. Amma reallıqda, bu məmurlar öz cəzasızlıqlarını təmin edə bilmək üçün müəyyən himatədarlar tapmağa da çox asanlıqla nail ola bilirlər. Belə ki, 117 saylı bağçadan aldığımız növbəti məlumatlardan birində yer almış və Solmaz Hacıyevanın səsləndirdiyi iddia olunan bir ifadə də bu fikrimizi bir daha təsdiqlədi. Mənbənin sözlərinə görə, bağça müdirəsi özü barəsində mətbuatda yazılan tənqidi yazılara belə reaksiya verib: “Nə qədər ki, Murad müəllim öz yerində əyləşib, o qəzetlərdən biri də rəhbərliyin masasına düşə bilməz...” Bundan sonra, Solmaz Hacıyevanın adını hallandırdığı Murad müəllimin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı sektorunun müdiri Murad Qasımbəyli olduğunu təxmin edərək, məsələyə aydınlıq gətirmək məqsədilə onunla əlaqə saxladıq. Aydın oldu ki, zənnimizdə yanılmamışıq. Həmçinin bu da aydın oldu ki, sən demə Murad müəllim 117 saylı uşaq bağçasında baş verənlər barədə qəzetimizdə yazılanlardan da artıq çoxdan xəbərdardır. Ən maraqlı məqam isə, sektor müdirinin bu xüsusda gördüyü tədbirlə bağlı oldu. Murad müəllim bildirdi ki, o, Solmaz Hacıyevanı idarəyə dəvət edib, onunla söhbət aparıb və bu qənaətə gəlib ki, dərc etdiyimiz məqalələrdə əks olunan faktlar həqiqətə uyğun deyil. Amma nədənsə, biz nə bu eşitdiklərimizə, nə də sonradan 117 saylı uşaq bağçasında baş alıb gedən digər özbaşınalıqlar barədə əldə etdiyimiz məlumatlara qətiyyən təəccüblənmədik. Səbəbi isə çox sadədir. Məsələ bundadır ki, bəzi rayonların icra strukturlarında uşaq bağçalarında yaşanan neqativ hallara qəsdən göz yuman səlahiyyət sahibləri var ki, məhz onların “xeyir-duaları” ilə də müəyyən müəssisə rəhbərləri bütün bu özbaşınalıqlara yol verirlər. Təbii ki, belə olduğu halda, 117 saylı bağçanın müdirəsi Solmaz Hacıyevanın da arxasında birbaşa Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin məsul vəzifəli şəxsinin durduğunu nəzərə alsaq, bu xanımın digərlərindən daha çox qanun pozuntusuna yol verdiyinə də təəccüblənmək lazım gəlmir.


Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Oxunub: 797
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10