backend

Şok: İki universitet prezidentin təzə universitetinə birləşdirilir - Açıqlama

Şok: İki universitet prezidentin təzə universitetinə birləşdirilir - Açıqlama














Prezident İlham Əliyev Bakı Mühəndislik Universitetinin yaradılması haqqında sərəncam imzalayıb

Politika.Az xəbər verir ki, bu ali məktəbin təsis olunması digər universitetlərin ona birləşdirilməsini gündəmə gətirib. Məlumatlara görə, təhsil sektorunda struktur islahatları nəzərdə tutulur.

Ehtimal olunur ki, Azərbaycan Texnologiyalar Universitetinin Azərbaycan Texniki Universiteti ilə birləşdirilsin. Dövlət Memarlıq və İnşaat Universiteti də adıçəkilən təhsil ocaqları ilə birləşdirilə bilər.

Bu təhsil ocaqlarının profili və fakültələri belə bir təklifin gerçəkləşməsinin mümkün olduğunu göstərir. Postneft dövründə bu universitetin yaradılması müsəbt addımdır. Digəır tərəfdən, adı çəkilən təhsil ocaqlarının da ləğv edilərək ona birləşdirilməsi müsbət nəticə verən islahat ola bilər.

REAL üzvü Erkin Qədirli Mühəndislik Universitetinin yaradılmasıyla bağlı qərarı doğru sayır: “ Ümumiyyətlə, hesab edirəm ki, mövcud ali məktəbləri islah etmək cəhdləri anlamsızdır. Sistemi (kökündən dəyişmək, tamamilə yeniləmək, sıfırlamaq gərəkdir.

Köhnələrini bağlayıb, məzmun və keyfiyyətcə yenilərini açmağın öz üstünlükləri (sağaltma təsiri) var. Köhnə ali məktəblərdən yalnız Bakı Dövlət Universitetini (Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olduğuna görə) saxlamaq önəmlidir. Amma orada çox radikal islahatlara gərək var.

Ali məktəblərin bir çoxunu Bakıdan çıxarıb, ölkəmizin başqa yerlərinə köçürmək (şəhərlərdən qıraqda kampuslar qurmaq) gərəkdir. Bununla ölkə içində sosial hərəkətlilik (social mobility) də təmin oluna bilər.

Prezidentin sərəncamında deyilir ki, ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını, bu sahədə ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı Mühəndislik Universiteti yaradılsın.

Xatırladaq ki, Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin və T.İsmayılov adına Bakı şəhəri Uşaq-gənclər Yaradıcılıq Sarayının bazasında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradılıb.

Respublika Texniki Yaradıcılıq Mərkəzi “Respublika Uşaq Yaradıcılıq Mərkəzi”, “Təhsil” Respublika İdman Mərkəzinin Uşaq-Gənclər Futbol Məktəbi “Təhsil” Respublika İdman Mərkəzinin Uşaq-Gənclər İdman Məktəbi”, Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi “Uşaq Yaradıcılıq Mərkəzi” adlandırılıb. Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda etdiyi dəyişikliyə əsasən isə məktəbdənkənar təhsil müəssisəsi qismində 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi yaradılıb.

Politika.Az xatırladır ki, Bu müəssisələrin maliyyələşdirilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Təhsil” bölməsində Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.

Son günlər medianın diqqət mərkəzində olan “Təfəkkür”, Bakı Biznes Universiteti və Kooperasiya universitetlərinin fəaliyyətinə xitam verilə bilər.

“Təfəkkür”ün rektoru müəmmalı şəkildə istefa verib, digərlərindən isə rüşvət faktları barədə iddialar yer almaqdadır. Təhsilin səviyyəsi aşağı olduğuna və saxta diplom işlərində universitetin adı hallandığına görə Azərbaycan Kooperasiya Universitetinə tələbə qəbulu durdurula bilər.