backend

Laçın köçkünündən prezidentə şok müraciət

Laçın köçkünündən prezidentə şok müraciət



















Laçın sakini Baxışov Müqabil Baxış oğlu prezidentə müraciət edib

Politika.Az onun müraciətini təqdim edir:

“Mən 1972-ci ildə Laçın rayonun Şeylanlı kəndində anadan olmuşam. Milliyətim Kürdür. Orta məktəbin birinci sinifinə öz kəndimizdə qəbul olub 1990-cı ildə həmin məktəbin onbirinci sinifini bitirmişəm.

Orta məktəbi bitirdikdən sonra pedeqoji fəaliyyətimlə yanaşı ADPU-nun tarix fakultəsinə qiyabi qəbul olub həmin Universiteti bitirmişəm.

Laçın rayonun Taxta Körpü qəsəbə orta, Düşərgə orta, Ərdəşəvi kənd Əsas, Şeylanlı kənd 2 saylı orta məktəblərində ixtisasım üzrə müəllim və Şeylanlı kənd 2 nömrəli orta məktəbin direktoru, Laçən RTŞ-nin məsləhətçisi və metodisti vəzifələrində çalışmışam”.

Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının üzvüdür: “Möhtərəm Cənab Prezident! Biz Laçınlı məcburi köçkünlər erməni faşizmindən yaxa qurtarmaq üçün Laçından daşınar əmlakımızı götürüb qaçarkən rayonun Güləbird kəndində erməni faşizminin Azərbaycan Respublikasındakı sağ əli Vaqif Cabbarovun terroruna məruz qalaraq bütün daşınar əmlakımızıda itirdik.

1992-ci ildə Respublikamızda yaranmış hərc-mərclikdən sui istifadə edərək özünə silahlı dəstə düzəltməyə nail olmuş Güləbirdli V.Cabbarov erməni quldurları ilə gizli işbirliyi qurub”.