backend

Qarabağ münaqişəsinin həll yolu: Amerika təklifini açıqladı

Qarabağ münaqişəsinin həll yolu: Amerika təklifini açıqladı











“Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətini qətiyyətlə dəstəkləyir və onların Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması üçün münaqişə tərəfləri ilə qarşılıqlı addımlarını yüksək qiymətləndirir”.

Qaynarxett.az xəbər verir ki, bu barədə ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Daniyel Beyer qurumun Vyanada keçirilən Daimi Şurasının iclasında bildirib.

Amerikalı diplomat qeyd edib ki, Vaşinqton bu ilin aprel ayında təmas xəttində baş verən eskalasiyadan narahat olub: “ABŞ ATƏT-in Minsl qrupunun həmsədr ölkəsi olaraq gərginliyi azaltmaq üçün təcili addımlara təşəbbüs etdi. Dövlət katibi Con Kerri görüş keçirməyi təklif etdi, mayın 16-da Vyanada ABŞ, Rusiya və Fransanın iştirakı ilə görüş baş tutdu. Bu görüş bölgədə gərginliyin aradan qalxmasına kömək etdi. Sankt-Peterburq görüşü də bu baxımdan xeyli əhəmiyyətli oldu. Tərəflər atəşkəsə nəzarət mexanizminin yaradılması təklifini qəbul edib. Biz ümid edirik ki, ATƏT-in 2017-ci il büdcəsində bu mexanizmin yaradılması üçün lazımi vəsaitin ayrılması məsələsi də öz əksini tapacaq”.

D.Beyer qeyd edib ki, Birləşmiş Ştatlar azərbaycanlılarla ermənilər arasında dialoqun genişlənməsini və etibarın möhkəmləndirilməsini dəstəkləyir: “Bu, vəziyyəti sabitləşdirə və konstruktiv danışıqlar atmosferi yaratmağa kömək edə bilər”.

Lakin amerikalı diplomat münaqişənin uzanmasından məyus olduqlarını vurğulayıb.

“Biz məyusluğumuzu bildiririk ki, Dağlıq Qarabağ münaqişəsi uzun müddətdir davam edir. Münaqişədə hərbi həll variantı mümkünsüzdür. Birləşmiş Ştatlar sülh variantına sadiqdir”, - deyə o bildirib./publika/