backend

TƏCILI: Azanı qadağan edirlər

TƏCILI: Azanı qadağan edirlər

İsrail parlamenti (Knesset) azanın qadağan edilməsini nəzərdə tutan qanun layihəsini səsverməyə çıxaracaq.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, qanun layihəsində azanın “səs-küy yaratdığı” bildirilir.
İsrailin baş naziri Benyamin Netanyahu da dünənki yazılı açıqlamasında azanın qadağan edilməsini nəzərdə tutan qanun layihəsini dəstəklədiyini qeyd edib.
Fələstinin HƏMAS təşkilatı və Knessetdəki ərəb millət vəkilləri qanun layihəsinə sərt reaksiya veriblər. HƏMAS yazılı açıqlamasında qanun layihəsinin səsverməyə çıxarılmasını “təhlükəli” xarakterizə edib.