backend

Azərbaycan basketbolunda növbəti biabırçılıq: Meydanda neçə komanda olub?

Azərbaycan basketbolunda növbəti biabırçılıq: Meydanda neçə komanda olub?
















Azərbaycan basketbolunda qeyri-adi hadisə qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, 2002/2003-cü illər təvəllüdlü yeniyetmə basketbolçular arasında keçirilən liqanın II turunda oyunlardan biri azarkeşləri şoka sala biləcək nəticə ilə başa çatıb. Belə ki, bir qarşılaşmada nə az, nə çox – 137 xallıq fərq yaşanıb. Bu, "Neftçi” – "Təhsil RİOEUGİM-1” matçında yaşanıb. Nominal qonaqlar meydan sahiblərini onlara rəqib olmağa peşman ediblər.

"Şagirdlər” "Neftçi”ni 141:4 hesabı ilə darmadağın ediblər. Bu isə dünya basketbolunda da nadir hadisələrdən biridi. Çünki belə fərq digər klubun meydanda varlığı ilə yoxluğunun hiss olunmamasından irəli gəlir. Maraqlıdı ki, dünya rekordu daha sanballı yarışda - Asiya Oyunlarında qeydə alınıb. 1982-ci ildə İraq Yəməni 218 top fərqi ilə məğlub edib – 251:33.