backend

78 nömrəli məktəbin "zavuçu” Fatma Abdullayeva şagirdlərə gün verib, işıq vermir - Təhqir edir, şillə vurur, təhsildən iyrəndirir və s...

78 nömrəli məktəbin "zavuçu” Fatma Abdullayeva şagirdlərə gün verib, işıq vermir - Təhqir edir, şillə vurur, təhsildən iyrəndirir və s...











Sabunçu rayonu 78 nömrəli məktəbdə əsasız olaraq şagirdi təhqir edən, şillə vuran və təhsildən iyrəndirən məktəbin "zavuçu” Fatma Abdullayeva məktəbi jandarma ordusuna döndərərək şagirdləri də, müəllimləri də öz ətrafına çəpər etmişdir. Sabunçu rayonu polis bölməsində ifadə verərkən o həmən şagirdi heç tanımadığını söyləsə də, Sabunçu rayonu Baş Polis İdarəsində isə qeyri səmimi ifadələr verməklə canını qurtarmağa çalışdı. O, digər şagirdlərdən təhqir ettiyi şagirdin kosmetikadan istifadə etdiyini (Yalandan)eşidərək bu hərəkəti etməyib sadəcə danladığını söyləsədə digər tərəfdən şagirdin valideyini N. Hicranı müəllimə rüşvət verməkdə suçlayaraq keçmiş direktorun sifarişçisi adlandırmaqla məktəbə yeni təyin olunmuş direktor Murad Zeynalovada yanlış məlumatlar verərək təhqir elətdirmişdir. Bütün bu məlumatları, şagirdin valideyini Təhsil İdarəsinə, hüquq orqanlarına da bildirmişdir. Övladının sənədlərini bu gün məktəbdən gedib götürərkən həmən məktəbin qolçomaq müəllimələrindən biri Südabə müəllimə N. Hicran xanıma, onun övladına və bacısına yaxınlaşaraq Fatma müəllimənin sifarişini çatıraraq demişdir. "Fatma Abdullayeva məktəbdə deyir ki, onun oğlu Daxili İşlər Nazirliyində çalışır və o uşağıda o valideyinidə hədələyir. Onların telefonlarını izlətdirir” və s...

Polis İdarəsində, idarənin rəisinin qarşısında vəzifəyə rüşvət verib gəldiyini deyən, ağıllı, tərbiyyəli bir şagirdə əxlaqsız sözlər deyərək və sinifdə bütün uşaqlara dedirtdirərək təhqir edib şillə vuran və bütün dindirmələrdə etdiyi hərəkətini danan bu Fatma Abdullayevanın oğlu görəsən DİN də hansı vəzifədədir? Maraqlıdır bu demokratik ölkədə bu qədər özbaşınalığı, rüşvət deyib boğazını cırmağı, ağzını pulla açıb pulla yummağı buna nə vadar edir? Nəyə görə belə insanlara müəllim statusu verilməlidir? Deyirlər müəllimlərin maaşı 200 azndir. Bes bu bahalı maşını hansı pullarla alıb görəsən? Bu qadının qanunlardan xəbəri yoxdur deyəsən axı... Rüşvət verənin günahının rüşvət alandan az olmadığınıda bilməmiş deyilik təbii və adı gedən valideyin Kəlbəcər rayonundan məcburi köçkündür. Şair-publisistir. Məktəbdə ona hər hansı bir dəyər olubdursada məhz ədəbi fəaliyyətinə dəyər əlaməti olmuşdur. N. Hicran xanım yeni gələn direktoru heç tanımır və ona nəyə görə də rüşvət təklif etməlidir? Bütün bu biabırçılıqları edən, yalanları danışan Fatma Abdullayeva öz "dərslərini” yeni direktor Murad Zeynalovada keçir. Dediyi tehqiramiz sözlərə görə üzr istəyən(dönə-dönə) bu gün o səslərin ona məxsus olmadığını söyləmişşdir.

Məktəb elm ocağıdır, məktəb gələcəkdir. O gələcək bizim övladlarımız üçün bir işıqdır. Uşaqlarımıza zəkanın, elmin işıqlarını söndürənlər, rüşvət verib təhsilə gəldiyini polis rəisinin gözü qarşısında etiraf edənlər, düşməni bildiyi bir keçmiş direktorunun qisasını heç dəxli olmayan bir qızcığazdan çıxaran Fatma Abdullayevalar bu gün də DİN in adını çəkməklə məktəbdə ordusunu gücləndirməkdədir.

P:S: Azərbaycanda haqq-ədalətin olduğunu, demokratiyanın olduğunu və bu günə qədər heç kimə rüşvət verib, rüşvət almadığını deyən valideyin deyir ki, mən ölkəmə, ölkəmin qanunlarının aliliyinə və haqq-ədalətin zəfərinə inanıram. Inanıram ki, hər birimiz görünən kəndlərik və ifadələrimizdə də göründük. Qanun ise kölgədə qala bilməz. Bir şagirddən əsasız olaraq alınan qisası mən cavabsız qoymayacağam. Bu mənim analıq hüququmdur!