backend

Rusiyada korrupsiya ilə mübarizə davam edir — Şəhər meri həbs edildi

Rusiyada korrupsiya ilə mübarizə davam edir — Şəhər meri həbs edildi













Rusiyada rüşvətxor məmurların həbsi davam edir.

Rusiyanın Yaroslavl vilayətinin Preslavl-Zalesski şəhərinin meri Denis Koşurnikov həbs edilib.

Merlə birlikdə bu şəhərdə fəaliyyət göstərən "NTfarma" şirkətininin rəhbərləri Rüstəm Ataullaxanov və Yevgeni Sulltanov da həbs ediliblər.

Həbsin səbəbi Ataullaxanov və Sulatnovun bu şəhərdə əczəxanaçılıq zavodu tikmək üçün dövlətdən 1 milyard rubl kredit götürdükləri və pulu mənimsəməkləri olub. İş adamları dövlətdən götürdükləri kreditin bir hissəsini isə mer Koşurnikova rüşvət olaraq veriblər və nəticədə 2012-ci ildə işə düşməli zavodun tikintisi hələ də bitməyib.

Xatırladırıq ki, dünən Rusiya İstintaq komitəsi iqtisadi inkişaf naziri Ulyukayevi rüşvət aldığına görə həbs etmişdi.