backend

Ramil Usubovdan yeni rəis təyinatı

Ramil Usubovdan yeni rəis təyinatı












Qusar Rayon Polis Şöbəsinin Şahdağ Bölməsinə yeni rəis təyinatı olub.

Report xəbər verir ki, Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, bu posta Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı Qərargahının inspektoru, polis kapitanı Səbuhi Rüstəmov təyin edilib.