backend

Prezident şou aparıcısı oldu, arvadı ilə rəqs etdi - Ölkədə isə böhrandır....

Prezident şou aparıcısı oldu, arvadı ilə rəqs etdi - Ölkədə isə böhrandır....













Ölkədəki iqtisadi böhran fonunda rəqs şousunda aparıcılıq edən Venesuela prezidenti Nikolas Maduro sərt tənqidlərə məruz qalıb.

Gündəlik yayımlanan “Salsa saatı” proqramını aparan prezident bu rəqslə bağlı ensiklopedik biliyi ilə də təəccübləndirib. Proqramın sonunda isə Maduro həyat yoldaşı ilə rəqs edib.

Qaydalara əsasən, prezident həftənin iki günü 4 saatlıq proqramda aparıcılıq edəcək.

Müxalifət lideri Enrike Kapriles bəyan edib ki, Maduro Venesuela vətəndaşlarına hörmətsizlik edib.

Prezident isə cavabında ölkə əhalisinin əylənməyə də haqqının olduğunu deyib.