Qazax İcra Hakimiyyətində “YAPRAK DÖKÜMÜ” və ya Babaşovun dözülməz “GESTAPO” rejimindən İcra aparatı dağılır

704

Qazax İcra Hakimiyyətində “YAPRAK DÖKÜMÜ” və ya Babaşovun dözülməz “GESTAPO” rejimindən İcra aparatı dağılır









Qazax İcra başcısı Rəcəb Babaşovun söyüş, təhqirlərindən və dözülməz “Gestapo” rejimindən cana doymuş icra hakimiyyətinin işciləri bir bir öz ərizələriylə işdən çıxırlar. Aparatın boş qalma ehtimalı var. Bezənlər aparatdan çıxır yeni işə girənlərsə çox qısa bir zamanda peşman olurlar. Növbəti qurban bu günlərdə İctimai-siyasi və humanitar məsələlər şöbəsində işləyən Əhmədov Rəşad Aydın oğlu aparata xidmət etməkdən imtina edib. Xatırladaq ki bir neçə gün əvvəl icra hakimiyyəti yanında kənd təsərufatı şöbəsinin müdiri Aqil müəllimdə Babaşovun əlindən aparatdan öz ərizəsiylə çıxmışdır. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin şöbə müdiri Abışov Gündüz işdən çıxmaq haqqında ərizə yazsada sonradan bu fikirindən dönmüşdür və hələlik Babaşov iztirablarından bir müddət qurtulmaq üçün məzuniyyətə çıxmışdır. Öz ərizəsiylə işdən çıxmış digər işcilərin adını bilmədiyimiz üçün onlar haqqında məlumat verə bilmirik. Artıq heç kəsə sirr deyil ki belə bir dözülməz şəraitdə işləmək şərəf və ləyaqətin alçalmasıyla nəticələnir. Ona görədə özünə hörmət edən şəxs belə bir irgənci iş şəraitindən uzaqlaşmalıdır. Ziyalı ailəsində böyüyən Əhmədov Rəşad sakit təbiətiylə səbr və təmkiniylə seçilən bir şəxs olduğunu onu tanıyan hər bir şəxs təsdiq edə bilər. Belə bir şəxsin aparatdan bezib qaçması çox ciddi bir siqnaldır. Aqressiv və qərəzli davranış, çətin xarakterinə uyğun idarəçilik, söyüş və təhqir dövlətin etik davranış qaydaları haqqında qanunların tam əksinə getməkdir.

Qazax icra başcısı Rəcəb Babaşov- Dövlət qulluqçularının etik davranış qaydaları haqqında AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU-yla tanış olsa çox yaxşı olar. Bu barədə icra hakimiyyətlərinin saytlarında dərc edilib.

Maddə 9. Mədəni davranış

Dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır.