backend

248 saylı tam orta məktəbin müəllim və bir qrup valideyn kollektivinin MÜRACİƏTİ

248 saylı tam orta məktəbin müəllim və bir qrup valideyn kollektivinin MÜRACİƏTİ









Bir qrup valideyin və müəllim redaksiyamıza müraciət edərək son zamanlar bir neçə saytda davamlı olaraq hədəfə alınan Binəqədi rayonu Nizami Nərimanov adına 248 saylı tam orta məktəb və onun direktoru Əsli Quliyeva haqqında fikirlərini paylaşmağımızı xahiş ediblər. Onların müraciətində bildirilir ki, bir çox saytlar qərəzli mövqe nümayiş etdirərək adıçəkilən məktəb və onun rəhbərliyi haqqında böhtan xarakterli məlumatlar yayırlar. Müraciətdə bildirilir: “ Təəssüf ki, əsl vəzifəsi oxuculara həqiqəti çatdırmaq, düzgün informasiya vermək olan medya orqanları kimlərinsə sifarişi və yaxud öz şəxsi maraqları naminə böhtanlar, yalanlarla dolu məlumatlar yayır, ictimayət arasında səhv fikir formalaşdırırlar. Bir müddətdir ki, belə bir kompaniya Binəqədi rayon nizami Nərimanov adına tam orta məktəbi və onun direktoru Əsli Quliyeva haqqında aparılır. Aparılan qarayaxma kompaniyasında qərəzli şəkildə həqiqətə uyğun olmayan məlumatlar yayılır. Guya məktəbdə rüşvətxorluq və korrrupsiya pik həddə çatıb. Bu sadəcə olaraq absurd iddiadır. Çünki, bu məktəblə yaxından-uzaqdan əlaqəsi olan istənilən şəxs bütün bunların böhtan olduğunu bilir. Məktəb rəhbərliyinin əməyi nəticəsində burada şəffaf mühit formalaşdırılıb, şagirdlərin təhsil alması üçün tam normal şərait yaradılıb. Xüsusilə 10-11-ci sinif şagirdlərinin dərslərdə müntəzəm iştirakı təmin olunub. Həmin şagirdlərin məktəbdə əlavə məşğələlərə cəlb olunması istiqamətində də işlər görülür. Təsadüfi deyil ki, hər il N. Nərimanov adına məktəbin məzunları buraxılış imtahanlarında yüksək nəticələr göstərirlər.

Təəssüf ki, hamıya məlum olan, valideyinlər tərəfindən yüksək qiymətləndirilən bu faktlar bəzi medya mənsublarının diqqətini çəkmir.

Böhtan yaymaqla məşğul olan saytlar guya müəllimlərdən pul tələb olunması, hər bir sinifdə şagirdlərdən rüşvət yığılması kimi gülünc ittihamlar səsləndirirlər. Belə məlumatlar valideynlər arasında ciddi narazılıq yaradıb. Qəti şəkildə bildiririk ki, bütün bu yayılan məlumatlar tamamilə böhtandır və reallığı əks etdirmir. Hamımıza məlumdur ki, 248 saylı məktəbdə belə hallara yol verilmir. Lakin, uydurma ittihamlarda böyük məbləğdə rüşvətdən bəhs olunur ki, bu sadəcə olaraq gülüş doöğurur”.

Müraciətdə daha sonra bildirilir :

“ Biz, 248 saylı məktəbin müəllimləri və valideynlər bu qarayaxma kompaniyasına qəti etirazımızı bildirir, dərhal belə böhtanlara son qoyulmasını tələb edirik. Təhsil hər bir millətin inkişafının başlıca göstəricisidir. Lakin, bəzi böhtançılar öz maraqları naminə bu müqəddəs sahəyə belə çirkab atmaqdan çəkinmirlər. Bir daha bildiririk ki, 248 saylı tam orta məktəb və onun direktoru Əsli Quliyeva haqqında yazılanlar tamamilə yalandır və qərəzli məqsədlər daşıyır”.