backend

76 sayli orta məktəbın dırektoru Tehranə Tagıyeva mətbuatdan nıyə qacır?

76 sayli orta məktəbın  dırektoru Tehranə Tagıyeva mətbuatdan nıyə qacır?

Direktor məktəbdə qış tətilinə necə hazırlaşır?

Bakının Suraxanı rayonunda yerləşən 76 nömrəli tam orta məktəbdə artıq indidən qış tətilinə intensiv “hazırlıq işləri”nin getdiyi bildirilir. Doğrudur, adətən təhsil müəssisələrində müxtəlif hazırlıq işləri növbəti tədris ili üçün nəzərdə tutulur. Amma məlumata görə,76 nömrəli məktəbin direktoru məhz qış tətili günlərinə planlaşdırdığı məzuniyyətini qayğısız və dəbdəbə ilə keçirmək məqsədilə bəzi “tədbirlər” planı işləyib hazırlamışdır. Mənbələr bildirirlər ki, ilk növbədə bu planlara məktəbin müəllim və şagird kollektivindən mümkün qədər maksimal məbləğdə pul vəsaiti toplamaq daxildir. Nə yaxşı ki, bu yığımları həyata keçirmək üçün kifayət qədər səbəb və bəhanə mövcuddur.Məsələn, siniflərdən məktəbin təmiri üçün və bir çox digər bu kimi bəhanələrlə pul yığımları keçirmək bu təhsil müəssisəsində heç vaxt problem olmayıb. Digər tərəfdən isə, redaksiyamıza bir müddət bundan əvvəl də daxil olan məlumatlarda 76 saylı tam orta məktəbin direktoru Tehranə Tagıyevanın öz fəaliyyətində yol verdiyi özbaşınalıqlardan bəhs edən açıqlamalar təqdim edilməkdə idi. Həmin açıqlamalarda qeyd olunmuşdu ki, bu orta təhsil müəssisəsinə direktor təyin olunduqdan az müddət sonra, Tehranə müəllim məktəbdə müxtəlif hazırlıq kurslarının təşkilini geniş miqyasda həyata keçirməyə başlamışdı. Belə ki, dərs saatlarında uşaqlar məktəbdə olmaqla, kurslarda aldıqları tapşırıqları çalışırlar, dərsdən sonra isə, hərə öz seçdiyi ixtisas üzrə müvafiq kurslara dağılışır, müəllimlər də özlərinin keçdikləri əlavə məşğələlərin “effektivliyini” təsdiqləmək üçün uşaqların qiymətləndirilməsində heç bir problem yaratmırlar. Valideynlərə də bütün bu ideal mühitin mövcudluğunu və fasiləsiz işləkliyini təmin etmək üçün ayda hər fənn üzrə sadəcə müəyyən mıqdarda pul ödəmək qalır.

Bildiyiniz kimi, təhsil naziri Mikayıl Cabbarov tapşırıb ki, heç bir direktor, heç bir müəllim şagirdlərdən pul yığmasın. Lakin buna baxmayaraq 76 saylı orta məktəbdə hər şey tamamilə əksinə cərəyan edir. Bütün bayramlarda şagirdlər yığıma cəlb edilir. Hətta iş o həddə çatıb ki, müəllim və şagird heyəti hər il direktorun ad gününü xüsusi olaraq qeyd edirlər. Hələ bu, harasıdır. Deyilənlərə görə, məktəbdə təhsilin səviyyəsi olduqca aşağıdır. 9, 10 və 11-ci siniflərdə şagirdlərin dərsə davamiyyəti bərbad haldadır. Ali məktəblərə repetitor yanında hazırlaşan şagirdlər bir qayda olaraq direktorla nəyinsə qarşılığında anlaşıb dərsə gəlmirlər. Məktəb rəhbəri müəyyən maraqlarını təmin etdiyindən həmin şagirdlərin dərsə gəlməməsinə göz yumur. Məhz bu kimi halların sayəsində 76 saylı orta məktəbin direktoru Tehranəl Tagıyeva gəlırlərini birə beş artırmağa müvəffəq olur.
Redaksıyamıza verılən məlumatların nə dərəcədə həqıqət oldugunu araşdırmaq ücün gün ərzində dəfələrlə onunla telefon əlaqəsı yaratmaga calışsaq da bu mümkün olmadı. Katıbə xanım hər dəfə Tehranə müəllimənın gah dərsdə, gah iclasda, gah da nazırlıkdə oldugunu bıldırdı.
Bız də bir daha mövzu ilə əlaqədar Tehranə Tagıyevanın da mövqeyini dərc etməyə hazırıq.