backend

Parisdə türklərlə PKK tərəfdarları arasında toqquşma baş verib

Parisdə türklərlə PKK tərəfdarları arasında toqquşma baş verib













Fransanın paytaxtı Parisdə Avropa İttifaqının Türkiyəyə qarşı verdiyi bəyanatlara etiraz edən türklərin mitinqi keçirilib.

Mitinqə bir qrup PKK tərəfdarı müdaxilə etmək istəyib. Türklərin ünvanına təhqiramiz ifadələr işlədən PPK-çılarla mitinq iştirakçıları arasında toqquşma baş verib. Toqquşmaya mane olmaq istəyən polis əməkdaşları iki tərəfin arasında qalıblar. İki polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarəti alıb. 15 toqquşma iştirakçısı həbs edilib.

Xatırladırıq ki, PKK-ya dəstək verməkdə ittiham edilən HDP-nin sədri Səlahəddin Dəmirdaş və bir neçə deputatının türk polisi tərəfindən həbs edilməsindən sonra Avropanın siyasi strukturları Türkiyəyə qarşı sərt bəyanatlar verərək terrorçuları azad etməyi tələb etmişdilər.