backend

Erməni kəşfiyyatçının aprel döyüşləri ilə bağlı etirafı: "Cəmi 2 nəfər xilas ola bildik" - FOTO

Erməni kəşfiyyatçının aprel döyüşləri ilə bağlı etirafı: "Cəmi 2 nəfər xilas ola bildik" - FOTO
















Aprel döyüşlərindən sonra erməni təxribatlarına cavab olaraq Azərbaycan ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları nəticəsində Ermənistanın düşdüyü durum indi də bu ölkədə müzakirə mövzusu olaraq qalır. Müxtəlif televiziyalarda, internet saytlarında ölkənin hərbi-siyasi rəhbərliyinin səriştəsizliyi nəticəsində Ermənistanın düşdüyü acınacaqlı vəziyyət şərh edilir, müxtəlif yazılar dərc olunur.

Erməni hərbi qulluqçular da bu barədə öz fikirlərini sosial şəbəkələrdə bölüşməkdən çəkinmirlər.

Milli.Az-ın əldə etdiyi məlumata görə, Ermənistan silahlı qüvvələrində xidmət edən hərbi qulluqçu, kəşfiyyatçı Arsen Xaçatryan 2016-cı ilin aprel ayında baş verən döyüşlər haqqında fikirlərini bölüşərkən bildirib: "Türklər (Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri nəzərdə tutulur) bizim mövqelərə çox sayda qüvvə ilə girdilər. O döyüşdə 4 nəfərimiz öldü, 3 yaralı və biz 2 nəfər xilas ola bildik".

Kəşfiyyatçı A.Xaçatryanın 17.11.2016-cı il tarixdə sosial şəbəkədə paylaşdığı məlumata görə, həmin döyüşdə məğlub olmalarının və mövqeləri tərk etmələrinin səbəbi döyüş sursatlarının azlığı və təminatın olmamasıdır.

//Milli.Az