backend

Sabirabad təhsili PƏHLiVAN müəllimin əlindən dad çəkir - Mikayıl Cabbarovun NƏZƏRİNƏ!

Sabirabad təhsili PƏHLiVAN müəllimin əlindən dad çəkir - Mikayıl Cabbarovun NƏZƏRİNƏ!

Sabirabad rayon təhsil şöbəsində baş verən bəzi nəqativ hallarla bağlı Qaynarxett.az-ın elektron ünvanına məlumatlar daxil olub.

Məlumatda bildirilir ki, Sabirabad rayon təhsil şöbəsinin müdiri Pəhlivan Qarayev Sabirabad təhsilini bərbad günə salıb. Belə ki, o, məktəb direktorlarına aylıq təyin edib. Bütün kənd məktəblərinin direktorları şöbə müdirinə ayda 500, 1000 manat arası hesab verməyə məhkumdurlar.

19 aprel 2016-cı ildən Sabirabad rayon İcra Hakimiyyəti başçısının əmri ilə Sabirabad rayon Təhsil Şöbəsinin müdiri təyin edilən Qarayev Pəhlivanın əsas qazanc mənbələrindən biri də onu bu vəzifəyə təyin edən Sabirabad İH başçısı Nazim İsmayılov və rayon maaliyyə idarəsinin müdirinin əli ilə həyata keçirilən cari təmir işləridir.
Son bir ildə Sabirabad təhsil şöbəsinin nəzdindəki kənd məktəblərinin cari təmirinə 600 min manata yaxın vəsait ayrılıb.

Həmin vəsaitin yarısından çoxu məhz Qarayev Pəhlivan tərəfindən mənimsənilib.

Bundan başqa bir çox kənd məktəblərində işləyən 700 yaxın müəllimlərin dərs saatları şişirdilmiş və onların adına yazılan artıq əmək haqqları birbaşa rayon təhsil şöbəsinin müdirinə çatır.

Qarayev Pəhlivan hər ay 700 yaxın müəllimin şişirdilmiş əmək haqqısından 42 min manat pul qazanır. Təhsil şöbəsi müdirinin ayda dövlətdən oğurladığı 42 min manatın yarısını rayon icra başçısı Nazim İsmayılova çatdırdığı bildirilir.

Bundan başqa Sabirabad rayonunda müəllim işləmək istəyən şəxslər Pəhlivan bəy üçün 3000 manatından keçməyə məcburdurlar.

Son 6 ayda rayonun kənd və şəhər məktəblərinə ümumilikdə Pəhlivan bəyə hesab verərək 80 yaxın müəllim işə qəbul olunub.

Qeyd edək ki, yazıda Sabirabad təhsil şöbəsinin müdirinin icra başçısı Nazim İsmayılova arxalanaraq kənd məktəblərinin tikintisi zamanı həyata keçirilən maliyyə maxinasiyaları ilə bağlı da məumatlar yer alıb.

Bütün bu sadalanan faktları dəqiqləşdirmək və qarşı tərəfin fikrinə də yer ayırmaq üçün Sabirabad rayon təhsil şöbəsinin müdiri Qarayev Pəhlivanla telefon əlaqəsi saxlamaq cəhdlərimiz nəticə vermədi.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq!

Qaynarxett.az