backend

Danışılmış oyunlarda şübhəli bilinən 24 nəfər futboldan uzaqlaşdırıldı - Azərbaycanda

Danışılmış oyunlarda şübhəli bilinən 24 nəfər futboldan uzaqlaşdırıldı - Azərbaycanda













Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.

Yığıncaqda UEFA-dan və digər mənbələrdən I divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatlara hüquqi qiymətlər verilib.

Məsələ AFFA və PFL tərəfindən ciddi şəkildə araşdırılır. Komissiyanın qərarına əsasən, bu işdə şübhəli bilinən adları aşağıda göstərilmiş şəxslər araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılıb.

Bunlar 22 futbolçu, 1 klub rəsmisi və 1 hakimdir. Onların siyahısı aşağıdakı kimidir:

"Şahdağ”

Kamran Ağakərimov

İqrar Səmədov

Tofiq Səfiyev

Mahiddin Ağamov

Faik Ağarəhimov

Rafael Kübərov (inzibatçı)

"Rəvan”

Əkbər Əhmədov

Fərid Ağayev

Mirqasım Cabbarlı

Elvin Əliyev

Omid Masumi

Fərid Quliyev

Cəmşid Məhərrəmov

"Bakılı”

Bəhram Bəhramzadə

Xəzər Qəribov

"Göyəzən”

Arzuman Vəliyev

Orxan Əsgərov

Tunar Şahtaxtinski

"Energetik”

Elvin Əlizadə

Kamran Lalayev

Orxan Əlibalayev

"Şərurspor”

Mehdi Rəsulov

Samir Musayev

Hakim

Anar Niyazov

Qeyd edək ki, komissiya tərəfindən aparılan araşdırmaların nəticələri AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq və bu işdə əli olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq ediləcək.