backend

Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasının tibb işçiləri əhaliyə nümunəvi tibbi xidmət göstərirlər

Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasının tibb işçiləri əhaliyə nümunəvi tibbi xidmət göstərirlər










Azər Xudiyev: "Xəstəxanada ilk olaraq sağlam mühit yaradılıb. Əmək intizamına ciddi əməl olunur".

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər səhiyyə sistemində uğurlu islahatlar aparılmış, tibb müəssisələrinin maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, təchizat və kadr hazırlığı ilə bağlı mühüm işlər görülmüşdür. Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanası da belə nümunəvi tibb müəsəssidir.Burada göstərilən tibbi xidmət buna bariz nümunədir. Azərbaycan prezidentinin paytaxtdakı tibb müəssisələrində yenidənqurma işlərinin aparılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, burada də yenidənqurma işləri həyata keçirilib, ən müasir tibbi avadanlığı ilə təchiz olundu. Görülən işlər nəticəsində burada da xəstələrin yüksək səviyyədə müalicəsi, həkim və tibb işçisinin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Baş həkim Azər Xudiyev qeyd edir ki, burada ilk olaraq sağlam mühit yaradılıb. Əmək intizamına ciddi əməl olunur.

Bütün bu işlər rəhbərliyin təşəbbüsü ilə həyata keçirilib. Bunları biz də gözlərimizlə görmüşük. Buna görə baş həkimə, şöbə müdürlərinə təşəkkür edənlərin çox şahidi olmuşuq.

Bu yaxınlarda yenə də yolumu xəstəxanaya saldım. Həkimlər iş başında idilər. Hər tərəfdə təmizlik, səliqə-səhman göz oxşayırdı. Gün ərzində bir neçə valideynlə söhbət etdim, onlara göstərilən tibbi xidmətin səviyyəsi ilə, hər hansı neqativ hallarla rast gəlib-gəlmədikləri ilə maraqlandım. Həmsöhbətlərim çox səmimi cavab verdilər. Qeyd etdilər ki,baş həkimdən, xəstəxananın tibb bacılarından, bütün həkimlərdən çox razıyıq. Həkimlərimiz düzgün müayinə-müalicə aparır, tövsiyələrini bizdən əsirgəmirlər. Baş həkimdən, şöbə müdirlərindən çoz razıyıq. Onlara öz təşəkkürümüzü bildiririk. Onu da əlavə etdilər ki, xoşagəlməz hərəkətləri burada heç zaman müşahidə etməmişlər.

Həmsöhbət olduğumuz baş həkim Azər Xudiyev da işlədiyi bu illər ərzində diqqətli , səriştəli həkim kimi tanınmışdır.Yüzlərlə ailəyə sevinc bəxş etmiş və öz şəfalı əlini uzatmışdır.

P.S. Çox təssüflər olsun ki, xəstəxananın uğurlarını həzm edəbilməyən qeyri - konstruktiv qüvvələrə xidmət edən bəzi kütləvi informasiya vasitələri onun barəsində hədyan informasiyalar yaymağa çalışırlar. Belə üzdəniraq media mənsubları ya bilmirlər, ya da bilərəkdən unudurlar ki, yalan ayaq tutar, yeriməz. Müdrik Azərbaycan xalqının gözü tərəzidir, pisi yaxşıdan seçməyi bacarır. Böhtançıların uğursuzluğa məhkumluğu qabaqcadan məlum olan bu cəhdləri könül bulandırmaqdan başqa bir şey deyildir. Yaxşı olar ki,qüvvələrini perspektivsiz məqsədlərə sərf etməkdənsə,tərəqqipərvər qüvvələrin cərgəsinə qoşulub həm ölkənin, həmxalqın, həm də özlərinin xeyrinə iş görsünlər.