backend

112 saylı məktəbdə direktor Xədicə Babayevanın RÜŞVƏT YIĞDIMI valideynləri bezdirir...

112 saylı məktəbdə direktor Xədicə Babayevanın RÜŞVƏT YIĞDIMI valideynləri bezdirir...













Beş oktyabr müəllimlər günündə ölkənin bir çox təhsil müəsissələrində valideynlərdən rüşvət yığımı baş verib

Daxil olan məlumata görə, Təhsil Nazirliyi, Sabunçu rayon Təhsil Şöbəsi Pirşağı qəsəbəsi 112 saylı orta məktəbində rüşvət yığımı əndazəni aşıb. Məlumata görə, məktəbin direktoru Xədicə Babayevanın göstərişi ilə direktor müavini Həsən Bərxudarov valideynlərdən "bayram pulu” yığıb. H.Barxudarov buna etiraz edənlərə pulun icra başçısı Adil Vəliyevə çatdığını bildirib.(gundelik-baku)Məlumatda qeyd olunur ki, X.Babayeva ona bu barədə şikayət edənlərə məsələyə məsul H. Bərxudarovun olduğunu bildirib. Şikayət edən valideynlər 112 saylı məktəbdə rüşvət baxımından vəziyyətin dözülməz olduğunu deyirlər.
Qeyd edək ki, bu məktəbdə 700 nəfərə axın şagird təhsil alır.
Məlumata görə, adi vaxtlarda da direktor şagirdlərdən 50 qəpik bir manat arası pul yığdırır. Bütün bunların hesabına Xədicə xanımın Pirşağının ən zəngin sakini hesab olunduğu deyilir.