backend

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında bir xanımı belə bədbəxt etdilər - AUDİO

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında bir xanımı belə bədbəxt etdilər - AUDİO

Bu gün ölkə baş verənlər az qala həkimə üz tutmaq istəyən hər kəsi qorxuya salır. Xəstəni əməliyyat stoluna götürürlər, sonra isə...

Şikayətçi Ağdam rayon sakini , məcburi köçkün Muxtarova Arzu Rəhbər qızı Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında başına gətirilən biabrçılıq barədə məlumat verib.
Xanım bildirir ki, o, qol nahiyəsində olan bir qüsura görə adı çəkilən klinikanın Plastik Estetik Cərrahı, Uzman həkim Araz Salmanova müraciət edib. Həkim onu müainə etdikdən sonra problemin aradan qaldırılmasının mümkün olduğunu bildirərək, əməliyyatı tam müsbət şəkildə sonlandıracağına söz verib və bunun müqabilində xanımdan 3000 manat (üç min azn) pul istəyib:

"Araz həkim məni müainə etdikdən sonra qolumdakı qüsurun tam aradan qaldırılacağına söz verdi və məndən bu əməliyyat üçün 3000 min manat pul istədi. Mən razılaşdım. Səhəri gün həkim məni əməliyyat etdi. Bir nəfər qohumum mənə borc pul verəcəyinə söz versədə bu alınmadı. Bu səbəbdən də mən Araz həkimə bildirdim ki, narahat olmasın. Mən özümə məxsus qızıl – zinyət əşyalarımı ona girov qismində verib bir neçə vaxt sonra həmin üç min manatı ödəyəcəyimi bildirdim.Araz həkimlə razılaşdıq və mən 15 min manat dəyərində olan qızıl əşyalarımı ona girov verdim. Düzü mən razılaşdığımız müddətdə pul tapmadığım üçün pulu söz verdiyim vaxtda verə bilmədim. Amma qısa vaxtdan sonra həmin məbləği hazır edib Araz həkimin yanına getdim. O, artıq mənim çox gec gəldiyimi və buna görə də girov qoyduğum qızılları sataraq özünün kredit borcunu ödədiyini bildirdi.”

Şikayətçi xanım bildirir ki, 15 min manat dəyərində olan qızılların həkim tərəfindən dəyər – dəyməzinə satılması ilə yanaşı qolundakı qüsur əməliyyatdan sonra daha pis vəziyyətə düşüb. İndi o, daha acınacaqlı vəziyyətə düşüb, həm sağlamlığından , həm də pulundan olub.

Məsələ ilə bağlı Araz Salmanovun da mövqeyini öyrənmək istəyimiz baş tutmadı. Araz həkim adi etika qaydalarını belə pozaraq həkim adına yaraşmayan şəkildə bizi ittiham etdi. Plastik cərrah pasientinin ondan heç bir şikayəti olmadığını əsas gətirərək bizi onu şantaj etməkdə günahlandırdı. Qeyd edək ki, şikayətçi Arzu xanım redaksiyamıza həkimlə aralarında olan dialoqun səs yazısını da təqdim edib. Həmin səs yazısında da şikayətçinin haqlı olduğu həkimin öz dilindən açıq – aydın eşidilir.

HƏMİN SƏS YAZISINI TƏQDİM EDİRİK:


QEYD: Vətəndaş Arzu Muxtarovanın başına gətirilən və heç bir qanuna sığmayan bu qanunsuzluq və dərəbəylik barədə klinika rəhbərliyinin, eyni zamanda Səhiyyə Nazirliyinin mövqeyini öyrənməyə çalışırıq.

Bizi izləyin....