backend

Soyuqdan donmaq istəməyən evsizin FACİƏVİ SONU

Soyuqdan donmaq istəməyən evsizin FACİƏVİ SONU















Ötən gecə Sumqayıtda baş vermiş yanğında ölən şəxsin kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb. Ölən şəxsin 30-35 yaşlı kişi olduğu bildirilir.
İlkin araşdırma zamanı məlum olub ki, evsiz olan və tüfeyli həyat tərzi keçirən şəxs soyuqdan donmamaq üçün binanın zirzəmisinə girib və burada ocaq qalayıb. Daha sonra onu yuxu tutub və qaladığı ocaq daha da şiddətlənib. Binanın tüstüləndiyini görən şəxslər dərhal yanğınsöndürənlərə məlumat veriblər və bundan sonra zirzəmidə həmin şəxsin meyidi tapılıb.

Yanğın vaxtı bina sakinləri təxliyə olunublar və yaşayış evlərinə ciddi ziyan dəyməyib.

///Lent.az