backend

ELƏ YAZ Kİ... - İsmayıllı haqqında yazılanlara obyektiv baxış

ELƏ YAZ Kİ... -  İsmayıllı  haqqında yazılanlara obyektiv baxış
Son vaxtlar İsmayıllı rayonu və onun icra başçısı Mirdamət Sadıqov haqqında bəzi mətbuat orqanlarında çeşidli və qərəzli yazılar yayımlanır.
Həmin məlumatları araşdırmaq məqsədiylə İsmayıllı rayonunda olduq. Deyilənləri, yazılanları dəqiqləşdirməyə çalışdıq.


Qeyd edək ki, faktiki olaraq İsmayıllı rayonunda vəziyyət heç də yazılanlarda göstərilən kimi deyil. Əksinə, şəhərdə durum tamam fərqlidir və bunu bilmək üçün alim-filan olmağa da ehtiyac yoxdur. Cəmi 150 km məsafə qət edib, İsmayıllıya təşrif buyurmaq kifayətdir.

Yox, əgər bəzi həmkərlarım özlərinə əziyyət verib, İsmayıllıya gəlmək istəməyib, kənardan «qarmaq» atmaq eşqindədirlərsə, o zaman yazdıqlarımızı diqqətlə oxuyub, vəziyyətdən hali olsunlar.

Aydın məsələdir ki, hər bir mətbuat orqanının özünün dəsti-xətti, marağı və istəyi var. Amma bütün bunları da bir araya gətirmək üçün ədalətli olmaq lazımdır. Çünki yazılan yazılardakı qərəz göz çıxardığı qədər, maraq da ədalətsizliyin fövqündə dayanmış şəkildə görsənir.

Bu bir həqiqətdir ki, İsmayıllı rayonunda vəziyyət çox dəyişib. İnsanların illərdən bəri gözlədiklərini hazırkı icra başçısı Mirdamət Sadıqov bir-bir yerinə yetirməkdədir. Bunun üçün şəhər sakinləriylə söhbətləşmək də kifayətdir ki, icra başçısına, görülən işlərə hansı müsbət qiymət verildiyini müəyyənləşdirmək mümkün olsun.

Azərbaycan sürətli inkişaf yolundadır. Bunun əyani sübutu ölkəmizin iqtisadiyyatının inkişafı, əhalinin maddi rifah hazılının yüksək həddə çatması, xarici sərmayənin total şəkildə məmləkətimizə axını, habelə regionların davamlı və analoqu olmayan həddə yüksəlməsidir. Aydın məsələdir ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir.

Bildirək ki, sürətli inkişaf yolunda olan rayonlardan biri də İsmayıllıdır. Hazırda rayona rəhbərlik edən icra başçısı Mirdamət Sadıqov Cənab Prezident İlham Əliyevin əmr və tapşırıqlarını operativ və dəqiqliklə yerinə yetirməsi sayəsində rayon gündən günə gözəlləşir və abadlaşır. Qeyd edək ki, Mirdamət Sadıqov İsmayıllıya icra başçısı təyin edilməsindən az bir vaxt keçib. Hələ başqa sahələrdə işləyərkən cənab Mirdamət Sadıqov bir sıra uğurlara imza atmış, bir xeyli işlər görmüşdü. Cənab Prezident İlham Əliyev də bütün bunları nəzərə alaraq onu İsmayıllıya icra başçısı təyin etmiş və böyük etimad göstərmişdi.

Hazırda Mirdamət Sadıqovun gərgin əməyi və zəhməti sayəsində İsmayıllı sürətlə inkişaf edir, abadlaşır və yenidən qurulur. İsmayıllı rayon İcra Hakimiyyəti Başçısı bu rayona başçı təyin olunduğu vaxtdan bəri, burada əksər sahələrdə böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır. Rayondan Qaynarxett-in elektron poçtuna ünvanlanan məktublarda rayonda gedən proseslərin saytımızda işıqlandırılması xahişlərinə də tez-tez rast gəlinir.

Regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu rayonda da əsaslı yenidənqurma işləri görülür, iri miqyaslı layihələr həyata keçirilir və ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin maksimum həllinə səy göstərilir.

Bu gün İsmayıllıda aparılan abadlıq və quruculuq işləri onu göstərir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan, bilavasitə rəhbərliyi və nəzarəti ilə həyata keçirilən regional inkişaf proqramları təyin olunmuş icra başçısı tərəfindən uğurla yerinə yetirilir. Yerli imkanlar da dövriyyəyə gətirilmiş, ümumi inkişafın miqyası genişlənmiş, sürəti bir az da artmışdır.

Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi bunları görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar.

Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da, barəsində yazılana da ziyan gətirir.

Həmkarlarımıza demək istərdik ki, heç bir “etibarlı mənbə” İsmayıllı rayonunu, onun sakinlərini əvəz edə bilməz. Getdik, gördük və yazırıq. DÜZÜ DÜZ, ƏYRİNİ ƏYRİ...

Davamı var...

ELƏ YAZ Kİ... -  İsmayıllı  haqqında yazılanlara obyektiv baxış

ELƏ YAZ Kİ... -  İsmayıllı  haqqında yazılanlara obyektiv baxış

ELƏ YAZ Kİ... -  İsmayıllı  haqqında yazılanlara obyektiv baxış

ELƏ YAZ Kİ... -  İsmayıllı  haqqında yazılanlara obyektiv baxış

ELƏ YAZ Kİ... -  İsmayıllı  haqqında yazılanlara obyektiv baxış

ELƏ YAZ Kİ... -  İsmayıllı  haqqında yazılanlara obyektiv baxış

ELƏ YAZ Kİ... -  İsmayıllı  haqqında yazılanlara obyektiv baxış