Zaqatalada dini yığıncağa basqın: 23 nəfər saxlanıldı

hadise 28-11-2016, 18:00
Zaqatalada dini yığıncağa basqın: 23 nəfər saxlanıldı
















Zaqatalada qanunsuz dini yığıncağın qarşısı alınıb.

DİN xəbər verir ki, Zaqatala Rayon Polis Şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində noyabrın 26-da Zaqatala rayonunun Əliabad qəsəbəsində qəsəbə sakini Həmid Şabanovun həyətində olan tikilidə həmyerlisi Mehman Ağammədovun Qazaxıstan vətəndaşı Təranə Şabanova və Gürcüstan vətəndaşı Ağası Süleymanovla birlikdə qanunla qadağan olunmuş dini təriqətlərdən birini yaymaq məqsədi ilə 23 nəfər qəsəbə sakininin iştirak etdiyi qanunsuz dini yığıncaq təşkil etmələri müəyyənləşib. Onlar saxlanılıb, izahatları alınaraq buraxılıblar.

Baxış zamanı oradan 16 ədəd dini təyinatlı ədəbiyyat aşkarlanıb, ekspertiza edilməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.
Oxunub: 712
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 


ILK-10