backend

Prezidentdən inqilab: 33 rayonun dotasiyası kəsilir, icra başçıları komada - Təfsilat

Prezidentdən inqilab: 33 rayonun dotasiyası kəsilir, icra başçıları komada - Təfsilat

















Prezidentdən inqilab: 33 rayonun dotasiyası kəsilir, icra başçıları komada - Təfsilat

2017-ci il büdcəsində 33 rayona mərkəzdən dotasiyalar tamam ləğv edilir, qalanlarına da minimuma endirilir

Bu sensasion xəbər Politika.Az-a hakimiyyətdəki etibarlı qaynaqlardan daxil olub.

Bildirilir ki, iqtisadi böhran büdcədə kəsir yaradıb və rayon icra hakimiyyətlərinə vəsait ayrılması dayandırılır.

Prezident İlham Əliyev də çıxışlarında qeyd edib ki, rayonlar artıq öz resursları hesabına dolanmalıdır. Yeni ildə 33 rayonun dotasiyası qalması həmin bölgələrin icra başçılarının koma vəziyyətinə düşməsi deməkdir.

Rayon rəhbərləri bu günə kimi mərkəzdən ayrılan pulların mənimsənilməsi hesabına varlanıb. Böhranın 33 rayonun pulunu kəsməsi nəticəsində onların pnikada olduğu bildirilir.

Bu ajiotaj digər rayonların da icra hakimlərində təşviş yaradıb. Yeni ilin ortalarında eyni qərarın onları da gözlədiyi istisna edilmir.

Hakimiyyətin iqtisadi blokunda olan nazir və məmurların birgə müzakirəsi və dövlət rəhbərinin yekun qərarı belə olub ki, dotasiyalar dayandırılsın.

Prezident Admininstrasiyası apardığı monitorinqlər zamanı müəyyən edib ki, büdcə vəsaitlərinin böyük hissəsi rayonlarda məmurlar tərəfindən çırpışdırılıb. Odur ki, başlarına çarə qılsınlar.

Politika.Az-a verilən məlumatda deyilir ki, rayon icra hakimiyyətlərinə ayrılan dotasiyaların kəskin azaldılması yaxın prespektivdə bu təsisatları ləğvi ilə bağlıdır. Bir müddət qabaq xəbər vermişdik ki, vilayətlər yaradılır.

Artıq nazirliklərdə yerli şöbələrin ləğvinə başlanılıb. Mədəniyyət və Turizm Nazirliyində prsesə rəsmi start verilib. Yaxın vaxtlarda Gənclər və İdman, Maliyyə, Səhiyyə, Təhsil, Kənd Təsərrüfatı nazirliklərində analoji addımlar atılacaq.

Nazirliklərin regional idarələri yaradıldıqdan sonra isə rayon icra hakimiyyətlərinin yalnız nominal səlahiyyəti qalır. Ona görə də ləğvi idarəçilikdə problem yaratmayacaq. Hakimiyyət ona görə də icra hakimiyyətlərinə ayrılan xərcləri kəskin azaldıb.

Politika.Az xəbər verir ki, insanlar RİH-lərinin ləğv edilərək səlahiyyətlərinin ASAN xidmətə verilməsini arzulayır. Bu bürokratiyanın, rüşvətin kökünün kəsilməsinə xidmət edəcək.

Bəzi icra başçıları keçmiş həmkarlarının taleyini yadırğayıblar. Belə olmasaydı bu gün bəzi regionlarda əhalini dövlətin üstünə qaldırmaq üçün özbaşınalıq, harınlıq, dələduzluq etməzdilər.

Respublikanın bir sıra bölgələrində narazılıqlar baş qaldırmaqdadır. Əyalətlərdə ağır və yoxsul həyat yaşayan insanlar məmurların qudurğanlığından beziblər.

Görünür ki, kiminin torpağını, kimini mülkünü əlindən alır, kiminə şikayət etdiyi üçün təzyiq göstərilir, kimisi sosial müavinət almaq üçün süründürülür.